Rəşad Dağlı ilə bağlı YENİ MƏLUMAT - “Zona” köçürülür

Rəşad Dağlı ilə bağlı YENİ MƏLUMAT - “Zona” köçürülür

Qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş meyxanaçı Rəşad Dağlı (Əmirov) apellyasiya şikayəti vermək hüququndan istifadə etməyib.

 

Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, bu günə qədər nə Rəşad Dağlı və vəkili, nə prokuror, nə də zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti verib.

 

Meyxanaçıya ittiham olunduğu maddələrdə nəzərdə tutulan ən aşağı sanksiya həddində (CM-nin 120.1-ci maddəsi ilə 9 il, 228.4  6 ay) həbs cəzası təyin edilib. Görünür Rəşad Dağlı hökmdən razı qalıb, bu səbəbdən yenidən hakim qarşısına çıxmaq istəməyib.

 

Qanunvericiliyə görə, tərəflər bundan sonra apellyasiya şikayəti vermək istəsələr, müddətin bərpa edilməsi üçün əsaslı səbəblə məhkəməyə müraciət etməlidirlər.

 

Qeyd edək ki, dövlət ittihamçısı, vəkil və zərərçəkmiş tərəf hökm elan olunduğu, təqsirləndirilən şəxs isə hökmün surətini aldığı vaxtdan 20 gün müddətinə şikayət verə bilər. Bu müddət başa çatdıqdan sonra hökm qanuni qüvvəyə minir, təqsirləndirilən şəxs məhkum kimi cəzaçəkmə müəssisəsinə köçürülür.

 

Qeyd edək ki, Rəşad Dağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul tarixli hökmü ilə 9 il 6 ay azadlıqdan məhrum edilib.


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...