Logo

Dövlət xidməti: "MTK-lar tərəfindən sayğaclara görə ödənişin tələbi ilə bağlı 67 müraciət daxil olub"

Dövlət xidməti: "MTK-lar tərəfindən sayğaclara görə ödənişin tələbi ilə bağlı 67 müraciət daxil olub"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə mənzil-tikinti kooperativləri tərəfindən sayğacların quraşdırılmasına görə ödənişin tələb edilməsi ilə bağlı 67 müraciət daxil olub.

Bu barədə Sfera.az-a Dövlət Xidmətindən bildirilib.

Dövr ərzində Dövlət Xidməti ümumilikdə təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə bağlı 442 vətəndaş müraciəti qəbul edib.

Bunlardan 152-si qaz təchizatı, 65-i elektrik təchizatı, 7-si istilik təchizatı, 58-i su təchizatı, 44-ü telefon rabitəsi və internet xidmətləri, 4-ü poçt rabitəsi, 2-si dəmiryol nəqliyyatı, 9-u hava yolu nəqliyyatı, 34-ü isə digər sahələrdə olub.

Müraciətlərə baxılması nəticəsində 101 326 manat vəsait istehlakçılara geri ödənilib.

Dövlət xidməti: "MTK-lar tərəfindən sayğaclara görə ödənişin tələbi ilə bağlı 67 müraciət daxil olub"Dövlət xidməti: "MTK-lar tərəfindən sayğaclara görə ödənişin tələbi ilə bağlı 67 müraciət daxil olub"

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR