Naxçıvana səyahət edənlərin NƏZƏRİNƏ!

Naxçıvana səyahət edənlərin NƏZƏRİNƏ!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın gözlənilən artımını nəzərə alaraq AZAL bu şəhərlər arasında səyahət etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri öncədən əldə etməyi tövsiyə edir.

 

Sfera.az xəbər quruma istinadən xəbər verir ki, aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur.

 

Bununla əlaqədar olaraq, aviaşirkət sərnişinlərə ən yaxşı uçuş vaxtını təmin etmək və mümkün narahatlığın qarşısını almaq üçün biletləri əvvəlcədən almağı məsləhət görür.

 

AZAL Bakıdan Naxçıvana və geriyə müntəzəm uçuşların sayını artıraraq gündə 10 reysə çatdırıb. Zərurət olduqda, aviaşirkət sərnişinlərin tələbatını ödəmək üçün əlavə reyslər açmağa hazırdır.

 

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

 

Video-təlimatla linkdən tanış ola bilərsiniz: //youtu.be/9PiPTkNkBSU.

 

Əlavə suallar yarandığı təqdirdə sərnişinlər “[email protected]” elektron ünvanı və ya +994(55) 204 65 54 vatsap nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.


OXŞAR XƏBƏRLƏR

Bu şəxslər inzibati cərimənin 10%-dən azad ediləcək

İnzibati cəriməni 10 günə ödəyənlər məbləğin 10%-dən azad ediləcək.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar ...

Öz batareyasını dəyişdirə bilən ilk robot hazırlanıb - VİDEO

  Çin şirkəti özü öz batareyasını dəyişə bilən robot istehsal edib. Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çinin UBTech şirkəti...

Vəfa çətin anlar yaşadı, köməyə mühafizəçilər gəldi -VİDEO

Müğənni Vəfa Şərifova məkanların birində səhnə alıb.   Sfera.az xəbər verir ki, o, mahnılarını ifa edib səhnədən enən zaman çətin anlar yaşayıb....

Kanalda qadın meyiti TAPILDI

Füzulidə 48 yaşlı qadın kanalda batıb.   Sfera.az xəbər verir ki,, hadisə Baş Mil Kanalının rayonun İkinci Mahmudlu kəndi ərazisindən keçən hissəsind...

Tanınmış azərbaycanlı aktyor küçələrdə CORAB SATDI - VİDEO

Tanınmış azərbaycanlı aktyorun görüntüsü marağa səbəb olub.   Sfera.az Milli.az-a istinadən xəbər verir ki, Allahverdi Yolçuyev imkansızlıqdan Bak...

Trampın əlindəki sirli iz müzakirələrə səbəb oldu - FOTO

Trampın Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı kameralara tuş gələn əlindəki iz sosial şəbəkələrdə və mətbuatda geniş müzakirə mövzusuna çevrilib.  ...