Nemət Pənahlının avtomobili cərimə meydançasına niyə aparılıb? - RƏSMİ AÇIQLAMA

Nemət Pənahlının avtomobili cərimə meydançasına niyə aparılıb? - RƏSMİ AÇIQLAMA

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının idarə etdiyi avtomobilin cərimə meydançasına aparılmasının səbəbini açıqlayıb.

 

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli Sfera.az-a bildirib ki, 2000-ci il təvəllüdlü Pənahlı Əhəd Nemət oğluna məxsus “Toyota Land Cruiser” markalı, 90-KM-590 dövlət qeydiyyat nişanlı avtomobilin 1100 manat məbləğində ödənilməmiş cəriməsi olub:

 

“Həmin cərimələrə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 529.3-cu maddəsinə uyğun olaraq Nəsimi Rayon Məhkəməsində avtomobilin müvəqqəti duracağa təmin edilməsi üçün, yəni nəqliyyat vasitəsinin hərəkətdən uzaqlaşdırılması barədə qərar qəbul olunub. Dövlət Yol Polisi əməkdaşları sükan arxasında olan Nemət Pənahlıya qeyd edilən vəziyyəti izah edib, hüquqi izahdan sonra şəxsin barəsində qanuni tədbirlər görülüb”.

 

“Bildirmək istəyirik ki, avtomobillər üzərində ödənilməmiş cərimələrə görə nəqliyyat vasitəsinin müvəqqəti duracağa aparılması İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə uyğun olaraq, həyata keçirilir. Hər bir avtomobil sahibindən nəzərdə tutulmuş qaydalara ciddi şəkildə riayət etməsini xahiş edirik”, - DYP rəsmisi vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Tanınmış azərbaycanlı aktyor küçələrdə CORAB SATDI - VİDEO

Tanınmış azərbaycanlı aktyorun görüntüsü marağa səbəb olub.   Sfera.az Milli.az-a istinadən xəbər verir ki, Allahverdi Yolçuyev imkansızlıqdan Bak...

Trampın əlindəki sirli iz müzakirələrə səbəb oldu - FOTO

Trampın Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı kameralara tuş gələn əlindəki iz sosial şəbəkələrdə və mətbuatda geniş müzakirə mövzusuna çevrilib.  ...

Pirşağıda dənizdə batan şəxsin meyiti tapılıb

İyulun 18-də Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) batan 1 n...

Az yaşayan yeganə bürc

Astroloqlar arasında getdikcə daha çox səslənən fikrə görə, bürclər arasında bir bürc var ki, onun nümayəndələri statistik baxımdan digərlərindən daha az yaşayı...

Bəzi yerlərdə leysan olub, şimşək çaxıb - Faktiki hava

İyulun 19-u saat 11:00-a olan faktiki hava açıqlanıb.   Sfera.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyulun 19-u saat 11:00-...

Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı

Beyləqanda həkimi şantaj etməklə pul tələb edən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.   Sfera.az “Qafqazinfo”ya istinadla xə...