Ölkədə 30 provayderin saytı yoxdur - QƏRİBƏ STATİSTİKA

Ölkədə 30 provayderin saytı yoxdur - QƏRİBƏ STATİSTİKA

Azərbaycanda internet xidməti göstərən 30 provayderin saytı yoxdur.

 

Sfera.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. O xatırladıb ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) son bir neçə ayda 140 provayderi uçota cəlb edə bilib.

 

“Qəribə də olsa, bu siyahıda 30-dan çox provayderin saytının olmadığı görünür. İnternet xidmətləri təqdim edən bir şirkətin saytının olmaması xeyli düşündürücüdür. Eyni zamanda bu siyahıda provayderlərin xidmət göstərdiyi ərazinin təqdim edilməməsi, xidmətlər və əlçatanlıqla bağlı yetərli məlumatların olmaması da xoşagəlməz haldır”.

 

Ekspert vurğulayıb ki, yetərincə gəlir götürən , müştərilərinə hörmətlə yanaşan, internet xidməti göstərən provayderin ilk işi məhz özünə sayt yaratmaq olmalıdır:

 

“Bildiyim qədər İKTA telekommunikasiya xidmətlərinin keyfiyyət standartlarını hazırlayır. Ümid edirəm, qurum bu standartlarda qeyd olunan məqamları da nəzərə alacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Trampın əlindəki sirli iz müzakirələrə səbəb oldu - FOTO

Trampın Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı kameralara tuş gələn əlindəki iz sosial şəbəkələrdə və mətbuatda geniş müzakirə mövzusuna çevrilib.  ...

Pirşağıda dənizdə batan şəxsin meyiti tapılıb

İyulun 18-də Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) batan 1 n...

Az yaşayan yeganə bürc

Astroloqlar arasında getdikcə daha çox səslənən fikrə görə, bürclər arasında bir bürc var ki, onun nümayəndələri statistik baxımdan digərlərindən daha az yaşayı...

Bəzi yerlərdə leysan olub, şimşək çaxıb - Faktiki hava

İyulun 19-u saat 11:00-a olan faktiki hava açıqlanıb.   Sfera.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyulun 19-u saat 11:00-...

Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı

Beyləqanda həkimi şantaj etməklə pul tələb edən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.   Sfera.az “Qafqazinfo”ya istinadla xə...

Rusiya Odessada yaşayış binasını vurdu: Ölən var

Odessada kamikadze dronun çoxmərtəbəli binaya zərbə endirməsi nəticəsində 1 qadın ölüb, binada yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barədə...