Logo

Gürcüstan parlamentində azərbaycanlıların problemləri müzakirəyə çıxarılacaq - FOTO

Gürcüstan parlamentində azərbaycanlıların problemləri müzakirəyə çıxarılacaq - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gürcüstanın energetika məsələləri üzrə ombudsmanı Salome Vardiaşvili azərbaycanlıların kompakt

yaşadığı Marneuli rayonuna səfər edib.

Sfera.az xəbər verir ki, APA-nın məlumatına görə, S.Vardiaşvili yerli əhali ilə görüşüb, vətəndaşların

enerji, su və qaz təchizatı sahəsi ilə bağlı problemləri ilə maraqlanıb.

Görüşdə iştirak edən soydaşlarımız bürokratik əngəllərlə rastlaşdıqlarını, buna görə də hələ də bir

çox kəndlərə təbii qaz verilmədiyini bildiriblər. Həmçinin Marneuli su idarəsinin əhalini keyfiyyətli su

ilə təmin etmədiyi vurğulanıb. S. Vardiaşviliyə Azərbaycan və Ermənistanla həmsərhəd bölgələrdə

yerləşən kəndlərə elektrik enerjisinin verilməsində yaranan problemlərə dair suallar da ünvanlanıb.

Sualları cavablandıran ombudsman görüşdə qeyd olunan problemlərin həlli üçün müvafiq qurumlara

sorğu göndəriləcəyini bildirib. Eyni zamanda qeyd edib ki, səslənən sualların əksəriyyəti Gürcüstan

parlamentinə seçilən azərbaycanlı deputatlara ünvanlanmalıdır. O gələcəkdə bölgədə keçiriləcək

görüşlərə onları da dəvət edəcəyini deyib.

S.Vardiaşvili azərbaycanlıların kompakt yaşadığı bölgənin problemlərini martda parlamentdə çıxışı

zamanı səsləndirəcəyini də bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR