Logo

Azərbaycanda cinayətə görə 45 nəfər saxlanıldı - RƏSMİ

Azərbaycanda cinayətə görə 45 nəfər saxlanıldı - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünən ölkə ərazisində qeydə alınan  54, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata əsasən, narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Axtarışda olduğuna görə ümumilikdə 90, o cümlədən borclu şəxs qismində axtarışda olan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR