Əri tərəfindən öldürülən Günel həmin gün bu görüntünü çəkib - VİDEO

Əri tərəfindən öldürülən Günel həmin gün bu görüntünü çəkib - VİDEO

İki gün əvvəl Salyanda öldürülən qadın elə həmin gün, hadisədən bir neçə saat əvvəl başına gələnlərlə bağlı video çəkibmiş.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 25 yaşlı Günel Quliyeva (qətli ilə bağlı rəsmi məlumatlarda nikah soyadı İbrahimova-red) görüntülərdə ərinin onu mütəmadi olaraq döydüyünü, ailə vəziyyətinin dözülməz olduğunu deyir.

 

Mərhumun sözlərinə görə, o, baş verənlərə görə sirkə turşusu içərək intihara cəhd edib. Bundan sonra hüquq-mühafizə orqanlarında araşdırma başlayıb. Müraciətdən aydın olur ki, Güneli intihara cəhd etdiyinə görə ifadə verməyə dəvət ediblər. Qadının iddiasına əsasən, həmin gün əri və qayınanası onu təhdid edib, övladını əlindən alacaqlarını deyiblər.

 

Videomüraciət qeydə alınan gün Günel bıçaqla qətlə yetirilib, hadisə ilə əlaqədar əri Qaraş İbrahimov şübhəli şəxs qismində salxanılıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Əldə etdiyimiz məlumata görə, Günel Quliyevanın ölümündən 10 gün əvvəl az miqdarda sirkə turşusu içməsi ilə bağlı həkim rəyi də var.

 

Hazırda cinayət işi üzrə ibtidai istintaq gedir. Qanunauyğun olaraq istintaqın sonunda işin mahiyyəti ilə bağlı rəsmi məlumat veriləcək.

 


OXŞAR XƏBƏRLƏR

Yevlax sakini avtomobillə qəsdən vurularaq öldürüldü, saxlanılan var

Yevlax şəhər ərazisində rayon sakini 1985-ci il təvəllüdlü Elvin İbrahimovun avtomobillə qəsdən vurularaq öldürülməsi barədə polisə məlumat daxil olub.  ...

Türkiyə müdafiə sənayesi məhsulları Azərbaycanda nümayiş olunacaq

Türkiyə müdafiə sənayesi məhsulları Azərbaycanda nümayiş olunacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.  ...

"Bakıkart" tətbiqi nə zaman işləyəcək?

Yeni tədris ilinin başlanması ilə ictimai nəqliyyatdan istifadə daha da artıb. Lakin bir müddətdir ki, insanların geniş istifadə etdiyi "BakıKart" tət...

Zirəddinin 7 il öncəki ŞOK proqnozu: “Rəisi də buna görə ölmüş ola bilər”

İsrailin “Hizbullah”a qarşı Livanda keçirdiyi peycer əməliyyatı bütün dünyada təəccüblə qarşılanıb.   Baş verən partlayışlardan sonra tan...

Blinken İlham Əliyevi təbrik etdi

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktub ünvanlayıb.   Sfera.az xəbər verir ki, m...

İcra hakimiyyətində ƏMƏLİYYAT - Vəzifəli şəxslər SAXLANILDILAR

Ağsu Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.   Sfera.az-ın xəbərə görə, hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatın icra hakimiy...