Bahalı maşında gəzən azərbaycanlı "qumarxana kralı"nı oğurladılar

Bahalı maşında gəzən azərbaycanlı "qumarxana kralı"nı oğurladılar

Quldurlar Kamal Quliyevin azad edilməsi üçün 10 milyon dollar tələb edirlər

Rusiyanın Tolyatti şəhərində qumarxanalar şəbəkəsinin sahibi olan azərbaycanlı iş adamı oğurlanıb. Avtosfer.az virtualaz.org saytına istinadən xəbər verir ki, hadisə dekabrın 18-də baş verib. Ancaq biznesmenin oğurlandığı haqda xəbərlər indi yayılıb. Bildirilir ki, dekabrın 18-də 43 yaşlı Kamal Quliyev Tolyatti şəhərindəki “Olimp” idman-sağlamlıq kompleksində məşq edən 7 yaşlı oğlunu götürməyə gedib. Ancaq buna imkan tapmadan naməlum şəxslər tərəfindən oğurlanıb. Onun “BMW X6” markalı avtomobilini idman-sağlamlıq kompleksinin qarşısındakı park yerində tapıblar. Müstəntiqlər hadisə yerində biznesmenin qol saatını və üst geyiminin qopmuş düymələrini tapıblar. Bu da K.Quliyevin zor tətbiq olunmaqla qaçırıldığını deməyə əsas verir.

Şəhərin 2 nömrəli polis idarəsi azərbaycanlı biznesmenin oğurlandığı barədə elan verib və onun yerin bilənlərdən bu haqda məlumat verməyi xahiş edib. Yerli KİV-lər isə yazır ki, quldurlar biznesmenin azad edilməsi üçün 10 milyon dollar tələb edirlər. Bildirilir ki, K.Quliyev bir neçə il əvvəl də oğurlanmış və sanballı məbləğ ödədikdən sonra buraxılmışdı. 2007-ci ildə Samara məhkəməsi azərbaycanlı biznesmenləri oğurlamaqla ixtisaslaşmış bandanın üzvlərinə hökm oxuyub. Bandaya Tolyattinin özəl mühafizə şirkəti “Medved”in direktoru Mixail Drobot başçılıq edib. Bandanın tərkibində azərbaycanlı biznesmenləri nişan verən iki azərbaycanlı da olub. O vaxt hüquq-mühafizə orqanları bandanın oğurladığı iş adamlarınının bir çoxundan ifadə ala bilməmişdi. Ehtimal olunub ki M.Drobotun bandası daha çox biznesmeni oğurlayıb. O cümlədən K.Quliyevin oğurlanması da onların işidir. Bandanın K.Qulyevin biznes-partnyorları Fikrət Məmmədovu və David Babayevi oğurladığı haqda yerli KİV-lər də yazıb. Fikrət Məmmədov və Kamal Quliyev daşınmaz əmlak, tikinti, restoran və oyun biznesində ortaq olublar. Bir neçə il əvvəl onun şəhərdə “Kokos” qumarxanalar şəbəkəsi olub. Lakin K.Quliyevin oyun biznesindən gəlirləri son vaxtlar kəskin azalıb və hesab edilir ki, onu oğurlayanların tələb etdikləri 10 milyon dolları ödəməsi real deyil.

Görünür, banda K.Quliyevin bahalı maşında gəzməsinə və zahirən zəngin həyat tərzi keçirən şəxs təsiri bağışlamasına aldanıb. Ailəsi isə hələ biznesmenin oğurlanmasını şərh etmir. Bildirilir ki, biznesmenin içərisində mobil telefon olan çantasını Tolyattidəki yaşıllıqların birində tapıblar. Şəhər ətrafındakı meşədə orta cərgə oturacaqlarının üst hissəsi kəsilmiş “miniven” tipli yandrılmış maşın tapılıb. Ehtimal olunur ki, bu maşın oğurlanmış adamların daşınması üçün nəzərdə tutulmuşdu. Maşının Rusiyanın başqa regionunda qeydiyyatda olduğu bildirilir.

Mətbuat yazır ki, polis Quliyevin oğurlanması ilə bağlı cinayət işinin istintaqını çox ləng aparır və sanki onu tapmaqda heç maraqlı deyil.


OXŞAR XƏBƏRLƏR

"Rusiyanın son seçimi Türkiyədir" - Sülh İstanbulda olacaq?

Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunun da İstanbulda baş tutacağı gözlənilir.    Maraqlıdır, yenidən İstanbulun seçilməsi nəyə...

Bu şəxslərə 1600 manat verilir

Cari ilin 5 ayı ərzində respublika üzrə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan 2187 şəxsə birdəfəlik müavin...

Bu ölkələrə köçənlərə pul verilir - DETALLAR

Bir sıra ölkələr, az əhali yaşayan kənd və kiçik şəhərlərin canlandırılması məqsədilə xaricdən köç edənlərə müxtəlif maliyyə təşviqləri və sosial dəstəklər təqd...

Həcc namizədlərinin Ərəfat dağı səfəri başladı

Dünyanın müxtəlif ölkələrindən müqəddəs torpaqlara axışan 1,7 milyon həcc namizədi Məkkədə ibadətlərlə Ərəfat dağı səfərinə hazırlaşır.    Sfera...

Ötən ay sərhəddə 3,7 milyon qaçaqmal tutulub

May ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 291 kiloqram 941 qram narkоtik vasitə, 564 ədəd narkotik tə...

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...