Bakıda mərkəzi yollardan biri BAĞLANDI - RƏSMİ

Bakıda mərkəzi yollardan biri BAĞLANDI - RƏSMİ

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxtın Səbail rayonu, Akademik Zərifə Əliyeva küçəsində avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı avtomobil sahiblərinə müraciət edib.

 

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli Sfera.az-a bildirib ki, Azadlıq prospektindən (Hökumət evinin yanı) Bülbül prospekti ilə kəsişməsinə qədər (Hökumət evinin yaxınlığında) küçəyə yeni asfalt örtüyünün döşənməsi ilə əlaqədar “Sahil” metrostansiyası), küçənin bu hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb:

 

“Asfalt salınması işləri həftənin sonuna kimi davam edəcək, daha sonra burada yeni lüklər quraşdırılacaq. Bütün işlərin bazar ertəsi, avqustun 21-dək başa çatdırılması planlaşdırılır. Sürücülər Üzeyir Hacıbəyli küçəsi ilə - Rəşid Behbudov küçəsi ilə kəsişməni keçərək düz irəlidə, Sahil metrosunun yanından Zərifə Əliyeva küçəsinə və daha sonra "Azneft" dairəsinə gedən yoldan istifadə etməlidirlər”.

 

“Sürücülərdən avtomobil idarə edərkən bunu nəzərə almaları və alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, - DYP rəsmisi vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...