“Baku City Residence” şirkətindən böyük uğur: Beynəlxalq “Stevie” mükafatına layiq görüldü

“Baku City Residence” şirkətindən böyük uğur: Beynəlxalq “Stevie” mükafatına layiq görüldü

"Baku City Residence” şirkəti nüfuzlu beynəlxalq biznes mükafatına layiq görüldü. Avropada mərasim təşkil ediləcək, mükafat şirkətə təqdim ediləcək.

 

(®) Azərbaycanın daşınmaz əmlak bazarında həyata keçirdiyi layihələr əsasında əhəmiyyətli təcrübə əldə etmiş “Baku City Residence” şirkəti nüfuzlu “2023 - Beynəlxalq Biznes Müsabiqəsi”nin (International Business Awards) qalibi elan olunub və “STEVIE” Beynəlxalq Biznes Mükafatına layiq görülüb

 

Mükafat 2023-cü ilin oktyabr ayında Avropada təşkil edilən mərasimdə təqdim ediləcək.  

 

Seçim zamanı ekspertlər “Baku City Residence” şirkətini Azərbaycanın daşınmaz əmlak bazarında tətbiq etdiyi innovativ yanaşmalar və bunun əsasında tutduğu mövqeyi, eləcə də imza atdığı beynəlxalq tərəfdaşlıq müqavilələri istiqamətindəki səyləri əsasında qiymətləndiriblər. 

 

Bu ilki müsabiqə “Satış”, “Müştəri xidməti və əlaqə mərkəzi”, “Yeni məhsul və xidmət”, “Həll yolları təchizatçısı” və “Biznesin inkişafı” nominasiyaları üzrə keçirilib. 

 

“STEVIE”  Beynəlxalq Biznes Mükafatına layiq görülən “Baku City Residence” müasir memarlıq üslubunda yaşayış kompleksləri təklif edir

 

Özünəməxsus yerə və zəngin təcrübəyə malik olan “Baku City Residence” (BCR)  şirkəti 10 ildən çoxdur ki, Azərbaycanın daşınmaz əmlak bazarında və sərmayə sahəsində layihələri ilə böyük nüfuz qazanıb. Səbəbi də onunla bağlıdır ki, zamanın tələblərinə uyğun inkişaf etmiş infrastruktura və müasir memarlıq üslubuna malik, yaşayış və biznes kompleksləri bazarında müxtəlif layihələr təqdim edir.

 

Düşünülmüş rahatlığı ilə seçilən “Baku City Residence Olimpik”, “Baku City Residence Khatai”, “Bayıl Bay”, “Yacht Club Residence” kimi layihələrə imza atan şirkət yerli və əcnəbi sakin və sərmayəçilər üçün müasir memarlıq üslubunda yaşayış və biznes kompleksləri təklif edir. Əsasən Bakı şəhərinin mərkəzində yerləşən, müştərilərin bütün tələb və istəklərini özündə cəmləşdirən, ən müasir, yüksək standartlara cavab verən yaşayış kompeksləri layihələrinin tikintisi və satışı həyata keçirilir.

 

“STEVIE” Mükafatının qalibi 200 nəfərlik münsiflər heyətinin səsverməsi ilə seçilir

 

“American Business Awards” mükafatının ilk təqdimatı 2002-ci ildə keçirilib. 2003-cü ildə isə “International Business Awards” təqdim edilib. 

 

Dünya işgüzar aləmində mötəbər mükafatlardan biri olan “STEVIE”  Beynəlxalq Biznes Mükafatlarının sahibləri 200-dən çox nüfuzlu biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində seçilir. 

 

ABŞ-da fəaliyyət göstərən “STEVIE Awards” təşkilatı tərəfindən keçirilən müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən fərdlərin fəaliyyətinin qiymətləndirilməsidir. Məqsədi isə dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. 

 

Satışlar və Müştəri Xidməti üzrə STEVIE Mükafatları (STEVIE Awards for Sales & Customer Service) dünyanın hər yerində müştəri xidməti, əlaqə mərkəzi, biznesin inkişafı və satış üzrə mütəxəssislər sahəsindəki nailiyyətləri qeyd edir.


OXŞAR XƏBƏRLƏR

Xankəndidə illər sonra ilk toy - FOTOLAR

Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimli...

“Keşikçidağ"da elmi arxeoloji qazıntılar zamanı xeyli nümunələr aşkarlanıb -FOTO

Cari ilin 25 avqust-05 oktyabr 2024-cü il tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxe...

Yerin müvəqqəti peyki planetimizə yaxınlaşmaqdadır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   N.Tusi adına Şamaxı Astrof...

Mahir Emrelinin komandası məğlub oldu

Azərbaycan yığmasının üzvü Mahir Emrelinin formasını geyindiyi II Bundesliqa klubu "Nürnberq" növbəti matçında məğlub olub.   Sfera.az xəbə...

İran prezidenti sabah Nyu-Yorka səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian yüksək rütbəli nümayəndə heyətinin başçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahına gedəcək. &n...

VII çağırış Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

VII çağırış Milli Məclisin ilk iclasına deputat Ziyad Səmədzadə sədrlik edəcək.   Sfera.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinin ikinc...