Logo

Sumqayıtda kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır - YENİLƏNDİ

Sumqayıtda kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır - YENİLƏNDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına bu gün saat 10:10-da 12 nəfər zəhərlənmə halı ilə bağlı müraciət edib. Onlardan 6 nəfəri qadın, 6 nəfəri kişidir".

Sfera.az xəbər verir ki, bu barədə mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasının həkimi Lalə İbadova jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, müraciət edənlər zəhərlənmə diaqnozu ilə müşahidə otağına yerləşdirilib: "Hazırda xəstələrin vəziyyəti qənatbəxşdir. Əhvalı yaxşılaşan xəstələr artıq evə buraxılıb. Hazırda terapiya şöbəsində 5, müşahidə otağında isə 3 pasiyent qalıb və onlar həkim nəzarətindədir. Müşahidə otağında olanlara da tibbi yardımlar olub və gün ərzində evə buraxılacaqlar".

****

Avqustun 16-da Sumqayıt şəhərində yerləşən sexlərdən birində işləyən 11 nəfər şəxsin zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına müraciət etmələri barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan Sfera.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı həmin şəxslərin həşərat əleyhinə dərman preparatından zəhərlənməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR