\"Niko\" ilə bağlı ŞOK AÇIQLAMA: “Cəzasını aldı”

\

“Bloger Nicat Şakirlinin avtomobildə çəkdiyi bütün videolarında təhlükəsizlik kəmərinin taxılmadığını görmüşük. Yol hərəkəti qaydalarına “tüpürən”, kobud şəkildə pozan, dəfələrlə yol polisi tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, özünü yığışdırmayan adam cəzasını aldı. Qolu amputasiya olundu, bir nəfərin ölümünə və bir nəfərin yaralanmasına səbəb oldu. Ölən şəxs bir səhvin qurbanı oldu”.

 

Sfera.az xəbər verir ki, bunu nəqliyyat eksperti Elməddin Muradlı məsələyə münasibət bildirərkən deyib.

 

Ekspertin sözlərinə görə, qəza bir neçə səbəbdən baş verib:

 

“Avtomobil yüksək sürətlə hərəkət edib, sağdan ötmə əməliyyatını yerinə yetirərkən yük avtomobili ilə toqquşub. İndi gördünüzmü niyə sağdan ötmə qadağandır? Üstəlik, işıqlandırılan yolda yük maşınını görməmək diqqətsizlikdəndir. Nicat sükanı qaçırmağa cəhd etməsə idi, əyləcləməni normal etsə idi, yüngül toqquşma baş verərdi. Bundan başqa, yük avtomobillərində qoruyucu səd olmalıdır, çox güman ki, bu səd olmadığı üçün Nicatın idarə etdiyi “Porsche” markalı avtomobil onun altına girib. Tanınmış insanlar arasında belə bir fikir formalaşıb ki, “yol polisi bizə həmişə hörmət edir”. Bu hörmət onlara düşmür. Yol polisinin “hörmətinin” nəticəsi budur. Belələrinə hörmət düşmür. Nicat təhlükəsizlik kəmərindən istifadə etsə idi, qolunu itirməzdi, yanındakı da yüngül xəsarətlərlə xilas ola bilərdi. Allah yaralılara şəfa versin, vəfat edənə də rəhmət etsin”.


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...