“Nikosayağı”nın düşdüyü qəzada öldüyü deyilən Ruslan: "Ölən başqa şəxsdir" - FOTO

“Nikosayağı”nın düşdüyü qəzada öldüyü deyilən Ruslan:

Dünən gecə radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində Nicat​ Şakirlinin idarə etdiyi “Porsche” markalı​ avtomobil qarşıda gedən “Scania” markalı yük avtomobilinə çırpılıb.

 

Qəza nəticəsində avtomobili idarə edən Nicat Şakirlinin sərnişini - Gəncə şəhər sakini 1996-cı il təvəllüdlü ​Ruslan Şahin oğlu Məmmədov hadisə yerində həyatını itirib. "Nikosayağı" kimi tanınan Nicat Şakirlinin isə sağ qolu dirsəkdən aşağı amputasiya olunub.

 

Dünən qəza baş verən zaman yanlışlıqla xəbər səhifələri Ruslan adlı başqa bir şəxsin şəklini dərc edərək onun öldüyünü tirajlayıblar. Əslində həmin şəxs nə qəza baş verən zaman orada olub, nə də hər hansı bir xəsarət alıb.

 

Sfera.az xəbər verir ki, barəsində ölüm xəbəri yayılan Ruslan Aslanov BAKU.WS-ə açıqlamasında bildirdi ki, o, Nicatla yaxın dost olsa da qəza zamanı orada olmayıb: "Mən hadisə olan vaxt evdə idim və yatırdım. Bir də gecə saatlarında mənə zənglər gəlməyə başladı və hamı məndən halımı soruşdu. Sonra xəbər tutdum ki, bəzi səhifələr yanlışlıqla mənim şəklimi paylaşaraq ölüm xəbərimi yayıb.

 

Buna görə mənim ailə üzvlərim də çox narahat olub. Lakin qəzada dünyasını dəyişən başqa Ruslandır. Onun soyadı Məmmədovdur. Allah ona rəhmət eləsin, Nikoya isə şəfa versin".


OXŞAR XƏBƏRLƏR

Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb

Astara rayonunda 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb.   Sfera.az-ın Report-a istinadən məlumatına görə, hadisə Astara rayonunun Sel...

Azad edilən ərazilərdə faydalı qazıntı yataqları daha 2 il birbaşa istifadəyə veriləcək

Nazirlər Kabineti 10 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqlar...

DİN-dən vətəndaşlara MÜHÜM ÇAĞIRIŞ: "Araşdırın!"

Daxili İşlər Nazirliyi vətəndaşlara çağırış edib.   DİN-dən Sfera.az-a bildirilib ki, yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması a...

Ukrayna nə qədər əsgər itirib? - Zelenski məşhur nəşrin iddiasını YALANLADI

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibədə Ukraynanın əsgər itkisi ilə bağlı ABŞ-nin “The Wall Street Journal” nəşrinin iddialarını...

Suverenliyimizin bərpası bir çoxlarına ümid mesajıdır

Azərbaycanı qərəzli şəkildə hədəfə alan ikili standartlar siyasəti son vaxtlar daha da eybəcərləşib. Əgər işğal dövründə ölkəmizə qarşı etdikləri ayrı-seçkiliyi...

Daha 6 baş minaaxtaran it əməliyyatlara cəlb olunacaq

  İşğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun yaradılması və təhlükəsiz yaşayış mühitinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası...