"AQTA yatıb illər sonra ayılıb ki, istehlakçının hüququ pozulur..." - AİB sədrindən  “Wolt”un bağlanmasına ETİRAZ

AQTA “Wolt” kuryer xidmətinin Azərbaycanda fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edib. Qurum bunu “Wolt”un xəbərdarlıqlara əməl etməməsi ilə əlaqələndirib və təkrar xəbərdarlıq kimi tətbiq etdiyini bildirib.Yəni “Wolt” mopedlərində dezinfeksiya işlərinin aparılmaması, şirkətin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərməsi buna səbəb olub.

 

Şirkətin birdəfəlik bağlanması nə dərəcə real görünür? Bəs “Wolt”a alternativ şirkətin yaradılması ehtimalı nə qədərdir?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Wolt”dan şikayətlərin çoxluğunu əsas gətirərək şirkətin yeni qaydalarla çalışmalı olduğunu deyib:


“Wolt”un fəaliyyətindən Azad İstehlakçılar Birliyinə telefon zəngləri şəklində şikayətlər gəlirdi. Xüsusilə pandemiya dövründə şikayətlər daha çox idi. Şikayətlər arasında qidanın soyuq çatdırılması, qidalara daşıyıcıların müdaxilə etməsi, sifarişlərin gec çatdırılması kimi məsələlər yer alırdı. Ən böyük problem isə nömrə nişanı olmadan nəqliyyat vasitələrindən istifadə edən kuryerlər idi. AQTA-nın son qərarı təqdirəlayiqdir. Lakin biz istehlakçıların seçim hüququnun məhdudlaşdırılmasının tərəfdarı deyilik. Yaxşı olardı ki, AQTA “Wolt”un standartlar çərçivəsində fəaliyyət göstərməsi üçün iş görsün, müəssisə bağlanmasın. 


Təəssüflər ki, AQTA indiyədək orada ciddi nöqsanlar olduğu halda bunları müəyyən etməyib. İllər boyu istehlakçıların hüququ pozulub və birdən-birə AQTA-nın ayılması düzgün deyil. Arzu edərdim ki, bu şirkət AQTA-nın tələblərinə uyğun fəaliyyət göstərən yeni bir ampluada işə başlasın”. 

 

E.Hüseynov “Wolt”a alternativ hansısa şirkətin açılmasının düzgün hal olmadığını qeyd edib:


“Əgər bu şirkət bağlanıb yerinə başqa bu cür şirkət gələcəksə bu, AQTA-nın böyük səhvi olar. Belə olarsa, hansısa inhisarçının dəstəklənməsi kimi düşüncə yaranacaq. Lakin zənnimcə belə olmayacaq. AİB vəziyyətin düzəlməsinin tərəfdarıdır. Son olaraq isə “Wolt”da ictimai nəzarət olmalı, KİV-lə əməkdaşlıq qurulmalıdır”. 

 

Əzizə Zeynal
 


OXŞAR XƏBƏRLƏR

Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb

Astara rayonunda 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb.   Sfera.az-ın Report-a istinadən məlumatına görə, hadisə Astara rayonunun Sel...

Azad edilən ərazilərdə faydalı qazıntı yataqları daha 2 il birbaşa istifadəyə veriləcək

Nazirlər Kabineti 10 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqlar...

DİN-dən vətəndaşlara MÜHÜM ÇAĞIRIŞ: "Araşdırın!"

Daxili İşlər Nazirliyi vətəndaşlara çağırış edib.   DİN-dən Sfera.az-a bildirilib ki, yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması a...

Ukrayna nə qədər əsgər itirib? - Zelenski məşhur nəşrin iddiasını YALANLADI

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibədə Ukraynanın əsgər itkisi ilə bağlı ABŞ-nin “The Wall Street Journal” nəşrinin iddialarını...

Suverenliyimizin bərpası bir çoxlarına ümid mesajıdır

Azərbaycanı qərəzli şəkildə hədəfə alan ikili standartlar siyasəti son vaxtlar daha da eybəcərləşib. Əgər işğal dövründə ölkəmizə qarşı etdikləri ayrı-seçkiliyi...

Daha 6 baş minaaxtaran it əməliyyatlara cəlb olunacaq

  İşğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun yaradılması və təhlükəsiz yaşayış mühitinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası...