Logo

Gələn aydan bu məhsullar BAHALAŞACAQ

Gələn aydan bu məhsullar BAHALAŞACAQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gələn aydan etibarən bəzi məhsulların qiyməti bahalaşa bilər.

Sfera.az Xəzər TV-yə istinadla xəbər verir ki, bunu Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, qiymət artımı əsasən ərzaq məhsullarında gözlənilir. Yay mövsümü bitəndən sonra bazarda qiymətlərlə bağlı dəyişklik qaçılmaz olacaq.

Bir sıra yerli kənd təsərrüfatı məhsullarının bahalaşcağı da proqnozlaşdırılır.

Mərkəzin sədri qeyd edib ki, Azərbaycanda daxili bazar daha çox idxal olunan məhsullardan formalaşır. Buna görə də, qiymətləri sabit saxlamaq qeyri-mümkün olur.

Akif Nəsirli əlavə edib ki, kəskin bahalaşmanın qarşısını almaq üçün süni qiymət artımına qarşı adekvat tədbirlərin görülməsi vacibdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR