"Evinə 5 manat aparan adama “iş yerin bağlandı” deyəndə..." - Ekspert “Wolt”dan DANIŞDI

"Ən dəhşətli xəbər bu günün reallığı çərçivəsində hansısa müəssisənin və ya xidmətin bağlanması, ən qiymətli xəbər isə hansısa müəssisənin açılmasıdır (milli təhlükəsizlik və hərbi xəbərlər istisna). Buna görə də dünənin ən pis xəbəri “Wolt”-un bağlanması, ən yaxşı xəbəri isə avqustun sonuna kimi Quba şəhərində 500 min dollarlıq sərmayəli şokolad fabrikinin açılacağı xəbəri idi". 

 

Sfera.az xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

 

Ekspert Qubadakı zavodun genişləndirilməsinə 10 milyon dollar sərmayə qoyulacağını deyib:


"Bu xəbər mətbuatda hansısa müğənninin itinin ad günündən daha az işıqlandırıldı. Amma bu, ciddi xəbər idi. Burada yüzlərlə insanın gələcəkdə işlə təminat məsələsi vardı. “Butterfly effect” nəzəriyyəsi boşuna yaranmayıb. Bir fabrikin işi doğru qurularsa və maneələr olmazsa, “butterfly effect”lə digər rayonlara və sahələrə müsbət təsirini göstərər.  Burada fabrikin işlədiyi zaman xammal təhcizatına yaranan tələb rayonda kənd təsərrüfatının inkişafına, bu isə digər sahələrə stimul verə bilər. Nəzərə alsaq ki, prioritet sahə olan kənd təsərrüfatının ÜDM də payı çox az olduğundan hər adi kimi görünən məqam kənd təsərrüfatı üçün vacibdir. 

 

Əlqərəz, açılan bir müəssisə həm təcrübəyə, həm sahəyə, həm məşğulluğa, həm dolayı sahələrə və həm də buradan evinə çörək aparan insanların həyatına ciddi qatqılar verər. Amma müəssisə bağlanarsa bunların əksi olar. Bütün təsirlənən sahələrin “suyu” quruyar. Bu isə yüzlərlə, minlərlə insanın xəyallarını və ümidlərini öldürür. Bu heç də obrazlı ifadə deyil. Hər ay evinə 5 manat pul aparan adama “sənin iş yerin bağlandı” və ya “sən ixtisara düşdün” deyəndə adamın ilk düşündüyü nə olur? Evlidirsə, “uşağıma axşam nə aparacam”-deyə beyni quruyur, subaydırsa, evlənmək üçün qurduğu xəyalları. Buna görə də, iş yerlərinin bağlanmaması üçün bütün mümkün tədbirlərə əl atmaq lazımdır. 


Bir müəssisə açılanda isə xəyallar da çiçək açır, ümidlər də.  Elə buna görə də ölkə rəhbərliyinin də ən vacib tapşırıqlarından biri məhz ölkədə yeni iş yerlərinin yaradılması ilə bağlıdır. Odur ki, iş yeri yaradan hər kəs həm ölkə üçün, həm iqtisadiyyat, həm də insanlıq üçün qiymətlidir. İstər o, böyük investor olsun, istər kiçik sahibkar, istərsə də kiçik bir kənd bələdiyyəsi".


Qeyd edək ki, ötən gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi  “Wolt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib. Bildirilib ki, Agentlik qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

 

Belə ki, “Wolt Azərbaycan” MMC-yə məxsus qida məhsullarının çatdırılması (daşınması) müəssisəsində aparılmış planlı yoxlama çərçivəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulması faktları aşkarlanıb.

 

İnci
 


OXŞAR XƏBƏRLƏR

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni AÇIQLAMA

Ermənistan Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiqləyir ki, bu, sülh prosesinin gələcəkdə həyata keçirilməsi üçün ciddi səbəb ola bilər.   Sfer...

“Bitcoin”dən tarixi rekord

“Bitcoin”in qiyməti 3,5% artaraq tarixdə ilk dəfə 113 000 dollar həddini keçib.   Sfera.az xəbər verir ki, bu RİA Novosti ticarət mə...

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - VİDEO

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.   Sfera.az-ın məlumatına görə, Balaşov Famil Adil oğlu idarə etdiyi “V...

Sabah bu ərazilərdə işıq olmayacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında iyulun 11-də yenidən...

Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi

Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ...