"Yaş artdıqca başa düşürsən ki, sənə bu dünyada..." - Alim Qasımov

Bu gün dünya şöhrətli xanəndə, xalq artisti Alim Qasımovun doğum günüdür.

 

Sfera.az xəbər verir ki,  Moderator.az-a açıqlama verən sənətkar ad gününü hazırda ailəsi ilə birlikdə qeyd etdiyini bildirib.

 

"Ad günümü ailəmlə birlikdə Göyçayda qeyd edirəm. Özəl günlərimi ailəmlə qeyd etməyi sevirəm. Allah millətimizi, xalqımızı qorusun. Özümə də, xalqıma da, ailəmə də can sağlığı, əmin-amanlıq arzu edirəm. Balalarımın, nəvələrimin xoş günlərini görmək istəyirəm. Yaş artdıqca başa düşürsən ki, sənə bu dünyada can sağlığı və mehribanlıqdan başqa heç nə lazım deyil. Allah özü bilən məsləhətdir, mənə də uzun ömür versə yaşayacam, gözəl ifalarımı səsləndirəcəm" deyə sənətkar bildirib.

 

Sənətkar nəvələrinin də gözəl səsi  olduğunu bildirib.

 

"Nəvələrimin əksəriyyətində səs var. Qızım Fərqanənin həm oğlunda, həm də qızında gözəl, özünəməxsus səs var. Alim adlı nəvəmin də səsi əladır. O hələ körpəliyindən məni təəccübləndirirdi. Bunu zaman göstərəcək ki, onlar sənətkar olacaqlar ya yox. Əlbəttə ki, istərdim ki, Fərqanə mənim yolumu davam etdirdiyi kimi, onlar da Fərqanənin yolunu davam etdirsinlər. Bu səs, bu sənət, bu ifa nəsildən-nəsilə keçsin" deyə sənətkar bildirib.


OXŞAR XƏBƏRLƏR

Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı oldu

Bakının Binəqədi rayonunda antiterror şəhidi polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı olub.   Sfera.az xəbər verir ki, tədbirdə Bin...

Ərdoğan: İsrail Livana hücumları ilə müharibəni bölgəyə yaymağa çalışır

İsrailin Livana son hücumlar İsrail administrasiyasının müharibəni bölgəyə yaymaq planları ilə bağlı narahatlığımızı əsaslandırdı.   Sfera.az xəbər k...

Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb

Astara rayonunda 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb.   Sfera.az-ın Report-a istinadən məlumatına görə, hadisə Astara rayonunun Sel...

Azad edilən ərazilərdə faydalı qazıntı yataqları daha 2 il birbaşa istifadəyə veriləcək

Nazirlər Kabineti 10 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqlar...

DİN-dən vətəndaşlara MÜHÜM ÇAĞIRIŞ: "Araşdırın!"

Daxili İşlər Nazirliyi vətəndaşlara çağırış edib.   DİN-dən Sfera.az-a bildirilib ki, yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması a...

Ukrayna nə qədər əsgər itirib? - Zelenski məşhur nəşrin iddiasını YALANLADI

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibədə Ukraynanın əsgər itkisi ilə bağlı ABŞ-nin “The Wall Street Journal” nəşrinin iddialarını...