Qəbələdə dağlıq ərazi yanır
Kateqoriya məlum deyil
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Sfera.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal əraziyə Nazirliyin Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək






