Logo

Sabah Bakıda temperatur 40 dərəcə olacaq

Sabah Bakıda temperatur 40 dərəcə olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avqustun 15-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 18-23° isti, gündüz 28-33° isti olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR