"Sədərək” firmasının sahibi böyük məbləğdə cərimə edilir

"Sədərək” firması reklam haqqında qanunvericiliyin pozulmasında ittiham edilir.

 

Sfera.az "demokrat.az”a istinadən xəbər verir ki, firmaya İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsi ilə inzibati qaydada protokol yazılıb.

 

İş araşdırılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib. Hakim Teymur Qurbanovun icraatına verilib.

 

Məhkəmə baxışı avqustun 21-nə təyin edilib.

 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, "Sədərək” firması "Sədərək” Ticarət Mərkəzi ilə eyni şəxslərə məxsusdur.

 

"Sədərək” Firmasının təsisçisi Yusif Qədimbəylidir. "Sədərək” Ticarət Mərkəzi də Yusif Qədimbəyliyə məxsusdur.


OXŞAR XƏBƏRLƏR

HƏMAS və İsrail razılaşdı: Qəzzada atəşkəs olacaq

HƏMAS və İsrail Qəzza zolağında yerləşən qüvvələrin geri çəkilməsi ilə bağlı ilkin razılığa gəliblər.    Sfera.az “El-Watan News” nə...

Bu ilin 6 ayında korrupsiyaya görə 10 şəxs cinayət başında yaxalanıb

Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən bu ilin altı ayı ərzində 59 cinayət işi başlanıb.   Sfera.az xəbər verir...

Deputatlar yay tətilini harada keçirəcək? - SORĞU

İyulun 14-də Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində sonuncu iclası keçirildi və bununla da Milli Məclisin deputatları tətilə buraxıldı. Səlahiyyəti...

Saatlıda yeniyetmə Araz çayında boğuldu

Saatlı rayonu ərazisində Araz çayında yeniyetmənin boğulması ilə nəticələnən hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə günorta saatlarında ...

Bakının mərkəzində avtomobil yandı - Sürücü yanğını özü söndürdü - VİDEO

Bakının mərkəzində qeydə alınan yanğın hadisəsi diqqət çəkib.     Sfera.az xəbər verir ki, Hadisə şahidlərinin Milli.Az-a verdiyi m...

Bakı şəhər İcra Hakimiyyəti 425 min 685 manatlıq it yemi alır

Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.   Sfera.az xəbər verir ki, tend...