Bacısını öldürən qardaş cinayət məsuliyyətindən AZAD EDİLDİ

Bacısını öldürən qardaş cinayət məsuliyyətindən AZAD EDİLDİ

Ağcabədidə 1 il əvvəl bacısını qətlə yetirən 27 yaşlı Bayram Xudaverdiyevin cinayət məsuliyyətindən azad olunması sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

 

Sfera.az xəbər verir ki, həmin cinayət işi üzrə iki ay əvvəl Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm elan olunub.

 

Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs cinayət törədən vaxt anlaqsız vəziyyətdə olub, hazırda da psixi durumu onunla hər hansı istintaq aparılmasına imkan vermir.

 

Hökmə əsasən B.Xudaverdiyev cinayət məsuliyyətindən azad edilib. Qeyd edilib ki, təqsirləndirilən şəxsə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı, məcburi psixatriya xəstəxanasına yerləşdirilməlidir. 

 

Hökm apellyasiya məhkəməsində qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilə bilməz.

 

Qeyd edək ki, Cinayət Məcəlləsində göstərilib ki, şəxs cinayəti anlaqsız vəziyyətdə törətdikdə və subyektin olmaması səbəbindən əməlində cinayət tərkibi aşkarlanmadıqda, həmçinin cinayəti anlaqlı vəziyyətdə törətdikdə, lakin sonradan psixi və ya digər xəstəliyə tutulduqda cinayət məsuliyyətindən azad olunur.

 

Xatırladaq ki, Bayram Xudaverdiyev ibtidai istintaq zamanı ifadə verib. O, bildirib ki, özündən 3 yaş böyük olan bacısı Lamiyə Abdullayevanın hərəkətlərinə qəzəbli olub. Hadisə günü Lamiyəni ailəsi ilə birgə yaşadığı evdən götürüb, avtomobillə “Harami düzü” adalanan yerə aparıb. Orada mübahisə zəminində bir anlıq özündən çıxaraq üstündəki ov bıçağı ilə onu qətlə yetirib. O, da məlum olub ki, B.Xudaverdiyevin ağır xəstəlikdən əziyyət çəkən ikinci bacısı 5 il əvvəl özünü asıb.


OXŞAR XƏBƏRLƏR

Yaxın Şərqdə eskalasiya: İsrail yeni müharibəyə yol aça bilərmi?

İsrail ordusunun Suriyanın paytaxtı Dəməşqdə yerləşən Müdafiə Nazirliyi və Prezident Sarayını raket atəşinə tutması regionda onsuz da gərgin olan vəziyyəti daha...

Azərbaycançılıq ideyasının təbliği: Keçmişdən bu günə uzanan yol

Azərbaycançılıq ideyası müasir Azərbaycanın milli və dövlətçilik fəlsəfəsinin təməlini təşkil edən ən mühüm anlayışlardan biridir. Tarixi köklərə malik olan bu ...

Rusiya bir gecədə bu qədər PUA vurub

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində 73 ədəd Ukrayna PUA-sını vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi ...

Günün ulduz falı - Şans bu bürclərlədir…

Bu gün bürcləri həm emosional yüksəlişlər, həm də şəxsi inkişaf üçün mühüm fürsətlər gözləyir. Əlaqələrdə aydınlıq, iş həyatında diqqət, şəxsi sahədə isə tarazl...

Bu ölkədə güclü zəlzələ oldu

Çilinin şimalında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. ...

Azərbaycanda hava yenə dəyişir: Temperatur düşəcək

Xəbər verdiyimiz kimi, iyulun 17-si saat 13:00-a olan məlumata görə, ölkəmizdə temperatur kifayət qədər yüksəlib. Bakıda və Abşeron yarımadasında istilik 39 dər...