Nazirlikdən əhaliyə XƏBƏRDARLIQ - "Yerə atmayın!"

Nazirlikdən əhaliyə XƏBƏRDARLIQ -

Havanın hazırda müşahidə olunan yüksək temperaturu kiçik bir alovun qısa müddətdə böyük yanğına çevrilmə riskini xeyli artırır.

 

Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

“Qızmar yay günlərində əhali xüsusən həftəsonu istirahət məqsədilə kütləvi şəkildə təbiət qoynuna üz tutur, meşə və meşəətrafı ərazilərdə, o cümlədən ağaclıq sahələrdə sərinlənməyə üstünlük verir. Bu zaman bəzi insanların yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və ya məsuliyyətsizliyi sonda yanğınların baş verməsinə səbəb olur, acı nəticələrə gətirib çıxarır.

 

Qeyd olunanlarla bağlı xüsusilə qarşıdan gələn həftəsonunda insanların şəhər kənarına, meşə və meşəətrafı ərazilərə gözlənilən kütləvi səfərlərini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhalini yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Nəzərə alınmalıdır ki, təbiət qoynunda istirahət zamanı yanar mayelərlə islanmış materialların, eləcə də şüşə qab və şüşə qırıntılarının, tam söndürülməmiş siqaret kötüyü və kibritin yerə atılması, ətrafın zibillənməsi, meşə sahələrində ocaq yandırılması tamamilə yolverilməz olmaqla açıq ərazilərdə baş verən yanğınların əsas səbəblərindəndir”, -  deyə məlumatda bildirilir.


OXŞAR XƏBƏRLƏR

Sənədsiz evlərlə bağlı DƏYİŞİKLİK

Azərbaycanda sənədsiz ev probleminin həlli istiqamətində yeni addım atılıb.   Prezident İlham Əliyev bununla bağlı müvafiq fərmanlarda dəyişiklik edi...

Suriya yenidən Süveydaya ordu göndərir - Vəziyyət gərginləşir

Suriyada Dürzi və Bədəvi ərəb tayfaları arasında baş verən silahlı qarşıdurmaların artması fonunda Şam hökuməti təhlükəsizlik qüvvələrinin Süveyda şəhərinə yeni...

DYP-dən nənə və nəvənin öldüyü qəza ilə bağlı AÇIQLAMA

"Müasir avtomobillər uzun inkişaf yolu keçsə də, təhlükəsizlik kəmərləri bu gün də əsas qoruyucu vasitələrdən biri hesab olunur".   Sfera.az ...

Yaxın Şərqdə eskalasiya: İsrail yeni müharibəyə yol aça bilərmi?

İsrail ordusunun Suriyanın paytaxtı Dəməşqdə yerləşən Müdafiə Nazirliyi və Prezident Sarayını raket atəşinə tutması regionda onsuz da gərgin olan vəziyyəti daha...

Azərbaycançılıq ideyasının təbliği: Keçmişdən bu günə uzanan yol

Azərbaycançılıq ideyası müasir Azərbaycanın milli və dövlətçilik fəlsəfəsinin təməlini təşkil edən ən mühüm anlayışlardan biridir. Tarixi köklərə malik olan bu ...

Rusiya bir gecədə bu qədər PUA vurub

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində 73 ədəd Ukrayna PUA-sını vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi ...