​"Unibank"ın biznes üçün yay kampaniyası davam edir

​

Biznes kartlarını və əməkhaqqı kartlarını pulsuz əldə etmək istəyirsinizsə, avqustun sonunadək bu imkandan faydalana bilərsiniz. Çünki Unibankın 3 aylıq “Yay kampaniyası” hələ ki davam edir.

 

Unibank müştərisi olmaq istəyən biznes sahibləri bu çox sərfəli kampaniyanın fürsətlərindən istifadə edə bilərlər. “Yay kampaniyası” çərçivəsində bankda 31 avqust tarixinədək onlayn hesab açan, əmək haqqı layihəsinə qoşulan və kartları onlayn sifariş edən biznes sahibləri üçün biznes kartları və əmək haqqı kartları pulsuzdur. Üstəlik hesab açılan tarixdən başlayaraq 3 ay ərzində kartlarla bərabər, əmək haqqı təyinatlı köçürmələr üzrə xidmət haqqı da 0% komissiyalı olacaq. Bu kampaniya korporativ müştərilərə öz vəsaitlərinə qənaət etməyə imkan yaradır.

 

“Unibank”da onlayn hesab açmaq (//hesab.unibank.az/login) və ya əməkhaqqı layihəsinə qoşulmaq (//online.unibank.az/corporate/) isə çox asandır.

 

Bank fərdi və hüquqi şəxs olan sahibkarların işini asanlaşdımaq, onların vaxtına dəyər qatmaq üçün xeyli müddətdir ki, onlayn hesab xidmətini istifadəyə verib. Bu xidmət hər bir sahibkara harda olmasından asılı olmayaraq, bank filialına gəlmədən hesab açmaq imkanı verir. Onlayn hesab açılan zaman rekvizitlər birbaşa biznes sahibinin özünə göndərilir və hesabı aktivləşdirmək üçün də banka gəlməyə ehtiyac qalmır. Onlayn hesab açılan kimi İnternet Bankinq və Mobil Bankinq xidmətləri də dərhal aktiv olunduğundan, biznes sahibi istədiyi vaxt hesabında istədiyi əməliyyatı aparmaq imkanı qazanır.

 

“Unibank”ın digər biznes məhsul və xidmətlərindən filiallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”, “Nərimanov”, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”, eləcə də “Unibank”ın bölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından (//www.unibank.az/az/corporate/index) əldə etmək olar.

 

Unibank- Sənin Bankın!


OXŞAR XƏBƏRLƏR

Sənədsiz evlərlə bağlı DƏYİŞİKLİK

Azərbaycanda sənədsiz ev probleminin həlli istiqamətində yeni addım atılıb.   Prezident İlham Əliyev bununla bağlı müvafiq fərmanlarda dəyişiklik edi...

Suriya yenidən Süveydaya ordu göndərir - Vəziyyət gərginləşir

Suriyada Dürzi və Bədəvi ərəb tayfaları arasında baş verən silahlı qarşıdurmaların artması fonunda Şam hökuməti təhlükəsizlik qüvvələrinin Süveyda şəhərinə yeni...

DYP-dən nənə və nəvənin öldüyü qəza ilə bağlı AÇIQLAMA

"Müasir avtomobillər uzun inkişaf yolu keçsə də, təhlükəsizlik kəmərləri bu gün də əsas qoruyucu vasitələrdən biri hesab olunur".   Sfera.az ...

Yaxın Şərqdə eskalasiya: İsrail yeni müharibəyə yol aça bilərmi?

İsrail ordusunun Suriyanın paytaxtı Dəməşqdə yerləşən Müdafiə Nazirliyi və Prezident Sarayını raket atəşinə tutması regionda onsuz da gərgin olan vəziyyəti daha...

Azərbaycançılıq ideyasının təbliği: Keçmişdən bu günə uzanan yol

Azərbaycançılıq ideyası müasir Azərbaycanın milli və dövlətçilik fəlsəfəsinin təməlini təşkil edən ən mühüm anlayışlardan biridir. Tarixi köklərə malik olan bu ...

Rusiya bir gecədə bu qədər PUA vurub

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində 73 ədəd Ukrayna PUA-sını vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi ...