İsti havalarda bu qidalardan UZAQ DURUN! - Ekspertdən XƏBƏRDARLIQ

İsti havalarda bu qidalardan UZAQ DURUN! - Ekspertdən XƏBƏRDARLIQ

Son günlər ölkə ərazisində yüksək hava temperaturunun olması ilə bağlı insanlara bir sıra istiqamətlərdə xəbərdarlıqlar edilir.

 

Bu xəbərdarlıqlar daha çox günəş şüalarından qorunma, geyim tərzi və qidalanma ilə bağlıdır.


Xüsusilə də mütəxəssislər isti havalarda "fast food" adlandırılan yeməklərdən çəkinməyi tövsiyə edir.


Bununla bağlı Sfera.az-a açıqlama verən qida məsələləri üzrə ekspert Məhsəti Hüseynova yay aylarında bu cür yeməklərin qəbulunun daha riskli oldğunu qeyd edib:


“Yay fəslində "fast-food”,  mənşəyi bilinməyən, hansı şəraitdə saxlanıldığı bəlli olmayan məhsullar daha çox risk faktoru daşıyır. Bu məhsullar düzgün şəkildə saxlanılmadıqda isə tez xarab olur, tərkibində bakteriyalar sürətlə çoxalır. Bu da öz növbəsində insan orqanizmində bəzi problemlərin yaranmasına yol açır. Bu problemlərə həzm sisteminin, bağırsaqların funksiyasının pozulmasını nümunə göstərmək olar.

 

Yay aylarında digər problemlərdən biri də maddələr mübadiləsinin aşağı düşməsi, zəifləməsi ilə bağlıdır. Eyni zamanda bu dövr həzm prosesi nisbətən daha zəif getdiyi üçün yüngül qidalanma rejimi mütləqdir. Əsas qaydalardan biri qida porsiyamızın azaldılmasıdır. Məsələn, gündə 2-3 dəfə qidalananlar yemək miqdarını azaldıb gündə 3-4 dəfə qidalansalar, daha yaxşı olar".

 

Mütəxəssis yay fəslində qida rasionumuzda yer almalı olan qidalardan da söz açıb:

 

“Eyni zamanda mütləq şəkildə qida rasionumuzda süd və süd məhsulları yer almalıdır. Bundan başqa, daha asan həzm olunan meyvə-tərəvəz, göyərti istehlakına da diqqət yetirməliyik. Həddindən artıq yağlı, qızardılmış yeməkləri yay aylarında qida rasionundan çıxartmaq lazımdır. Günlük maye miqdarı yetəri qədər qəbul edilməlidir ki, bu da istədiyimiz yeməyin həzm olunması, bioloji funksiyaların həyata keçməsi üçün vacibdir. Suyun hər orqanizmə görə qəbul dərəcəsi fərqlidir. Bir kiloqram bədən dərəcəsinə görə suyun miqdarı 30-35 ml qəbul olunur. Daha çox fiziki iş görən, tərləməyə məruz qalan şəxslər bu miqdarı artıra da bilərlər". 

 

Müsahibimiz yayda qida zəhərlənməsi məsələsinə toxunub:

 

"Yaxşı olar ki, rasionumuzda mövsümi meyvə-tərəvəzlər yer alsın, mayonezli, souzlu qidalardan uzaq duraq.  Bəzən bu məhsullar həzm olunmadan ağciyərin piylənməsinə və qanda şəkərin miqdarının artmasına səbəb olur. Yay aylarında qida zəhərlənməsi də məhz bu məhsullarda daha çox olur”.

 

Əzizə

 


OXŞAR XƏBƏRLƏR

Nazir: "Türkiyə və Azərbaycan hərbçiləri üç ölkə ilə birlikdə hərəkət etməyə hazırdır"

Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan hərbi birlikləri birgə hərəkət etməyə hazırdırlar.   Sfera.az xəbər verir ki, bunu Qazaxıstan müda...

Türkiyəli müğənnini Bakıya ad gününə çağırdılar - FANTASTİK MƏBLƏĞ

Tanınmış türk müğənni Petek Dinçöz Bakıda ad günündə iştirak edib.   Sfera.az xəbər verir ki, bununla bağlı aparıcı Elgiz Əkbər məlumat verib. &nb...

“Hizbullah” Beyruta endirilən aviazərbələrdə komandir və döyüşçü itkiləri olduğunu AÇIQLADI

“Hizbullah” hərəkatının silahlı qanadı Beyrutun cənub ətrafına İsrailin raket hücumu zamanı 2 hərbi rəhbərinin və 13 döyüşçüsünün öldüyünü bildirib....

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ

Elm və Təhsil Nazirliyi Prezident İlham Əliyevin ötən gün Xankəndi şəhərində açılışında iştirak etdiyi Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin videogör...

Prezident: "Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var"

Azərbaycan ilə Malta arasında dostluq əlaqələrinin və əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var.   Sfera.az xəbər verir ki, bu fik...

İsveçrə Parlamentində“erməni sorğusu”

İsveçrə deyəndə ilk növbədə göz önünə yaşıllıqlara bürünmüş dərələr, təpələr, göz oxşayan çəmənliklər və insanın ruhunu sakitləşdirən mavi göllər gəlir. İsveçrə...