Logo

Azərbaycanda 18 yaşlı qız selfie çəkərkən öldü - CİNAYƏT İŞİ AÇILDI

Azərbaycanda 18 yaşlı qız selfie çəkərkən öldü - CİNAYƏT İŞİ AÇILDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Dünən Astara şəhərində 18 yaşlı qızın ölümü ilə nəticələnən hadisə ilə bağlı cinayət işi açılıb. Lent.az-ın məlumatına görə, 1998-ci il təvəllüdlü Musazadə Elida İntiqam qızının Heydər Əliyev prospektində yerləşən 9 mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılaraq ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb.

Bildirilir ki, E.Musazadə Astara şəhərində yaşayır və dünən bacısının evinə qonaq gedib. Valideynləri bildiriblər ki, orta məktəb məzunu olan qızları eyvanda selfie çəkərkən ehtiyatsızlıqdan yıxılıb.

Araşdırmalar davam etdirilir.

*****

21:52

Azərbaycanın Astara şəhərində bədbəxt hadisə baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 20.30 radələrində Astara şəhərinin  Heydər Əliyev prospektindəki 9 mərtəbəli yaşayış binasında qeydə alınıb. Həmin ünvanda yaşayan bacısının evinə qonaq gələn 18 yaşlı Elida İntiqam qızı Musazadə ehtiyatsızlıqdan  binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.

Onun meyiti müayinə olunmaqdan ötrü  Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə gətirilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR