DİM dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirəcək

DİM dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-cü il avqustun 13-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanı keçiriləcək.

 

Bu barədə Sfera.az-a mərkəzdən məlumat verilib.

 

Bildirilib ki, BB vəzifə qrupuna aid olan vəzifələr üzrə imtahan kağız daşıyıcılar vasitəsilə keçiriləcək.

 

Bu imtahanda iştirak edəcək namizədlər verilən linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.

 

İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

 

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

 

Digər vəzifə qrupları (AB, AC, BA) üzrə olan imtahanlar isə kompüter vasitəsilə DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək. Kompüter vasitəsilə ilə keçirilən imtahanda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Həmin namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidirlər.

 

İmtahan saat 10:00-da başlanır. Namizədlər saat 09:00-dan gec olmayaraq imtahan binasının önündə olmalıdırlar. İmtahanın davametmə müddəti 2 saat 30 dəqiqədir.

 

Qeyd edək ki, imtahanda iştirak etmək üçün AB qrupu üzrə 9, AC qrupu üzrə 11, BA qrupu üzrə 80, BB qrupu üzrə 203 olmaqla, ümumilikdə 303 namizəd qeydiyyatdan keçib. İmtahanların keçirilməsi üçün 2 imtahan rəhbəri, 17 nəzarətçi‑müəllim, 2 buraxılış rejimi əməkdaşı ayrılıb.


OXŞAR XƏBƏRLƏR

DYP-dən nənə və nəvənin öldüyü qəza ilə bağlı AÇIQLAMA

"Müasir avtomobillər uzun inkişaf yolu keçsə də, təhlükəsizlik kəmərləri bu gün də əsas qoruyucu vasitələrdən biri hesab olunur".   Sfera.az ...

Azərbaycançılıq ideyasının təbliği: Keçmişdən bu günə uzanan yol

Azərbaycançılıq ideyası müasir Azərbaycanın milli və dövlətçilik fəlsəfəsinin təməlini təşkil edən ən mühüm anlayışlardan biridir. Tarixi köklərə malik olan bu ...

Rusiya bir gecədə bu qədər PUA vurub

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində 73 ədəd Ukrayna PUA-sını vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi ...

Günün ulduz falı - Şans bu bürclərlədir…

Bu gün bürcləri həm emosional yüksəlişlər, həm də şəxsi inkişaf üçün mühüm fürsətlər gözləyir. Əlaqələrdə aydınlıq, iş həyatında diqqət, şəxsi sahədə isə tarazl...

Bu ölkədə güclü zəlzələ oldu

Çilinin şimalında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. ...

Azərbaycanda hava yenə dəyişir: Temperatur düşəcək

Xəbər verdiyimiz kimi, iyulun 17-si saat 13:00-a olan məlumata görə, ölkəmizdə temperatur kifayət qədər yüksəlib. Bakıda və Abşeron yarımadasında istilik 39 dər...