Logo

150-dən çox maşın yolda qaldı

150-dən çox maşın yolda qaldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Lerik rayonunda dağ uçqunu baş verib, yol kəsilib.

Sfera.az-ın Report-a istinadən məlumatına görə, hadisə Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində "Dağlar qapısı" deyilən ərazidə baş verib. Yolun hərəkət istiqamətinin təxminən 50 metr məsafəsi böyük qaya parçaları ilə örtülüb. Xoşbəxtlikdən uçqun zamanı xəsarət alan olmayıb. Ancaq hərəkət dayanıb və 150-dən artıq avtomobil yolda qalıb.

Lerik rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov əraziyə yol-istismar idarəsinin texnikaları və canlı qüvvəsinin səfərbər olunduğunu bildirib. O qeyd edib ki, bu yol rayon mərkəzi ilə 50 yaşayış məntəqəsini birləşdirən əsas yoldur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR