Logo

Oğuzda poçtun ərazisindən meyit tapıldı

Oğuzda poçtun ərazisindən meyit tapıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Oğuzda Qəbələ sakininin meyiti aşkarlanıb.

Sfera.az Bizim.media-ya istinadən xəbər verir ki, Qəbələ sakini 60 yaşlı Məmməd İbrahimovun meyiti Oğuzun Dəymədərə kəndi ərazisində poçt məntəqəsinin yaxınlığında aşkarlanıb.

Kənd sakinləri dərhal müvafiq orqanları məlumatlandırıb. Rayon hüquq- mühafizə orqanlarının əməkdaşları hadisə yerinə və meyitə ilkin baxış keçirib. Meyit üzərində heç bir zorakılıq əlaməti aşkar edilməyib. Məlum olub ki, Qəbələ sakini tüfeyli həyat tərzi yaşayıb.

Meyit ekspertizadan keçiriləndən sonra aidiyyəti üzrə təhvil veriləcək.

Fakt üzrə araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR