Logo

Sabah yağış yağacaq

Sabah yağış yağacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir çiskinli yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeronda gecə 6-8, gündüz  9-13, Bakıda gecə  6-8, gündüz  11-13° isti olacaq.

Rayonlarda arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 9-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, yüksək dağlıq ərazilərdə gecə 2-7° şaxta, gündüz  0-5° isti olacaq.

Oktyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü nisbətən əlverişli olsa da, 30-da atmosfer təzyiqinin təzadlı tərəddüdü, arabir güclənən gilavar küləyinin xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da  meteohəssas insanlar üçün əlverişsizdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR