Üç şirkətin rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu - SƏBƏB

Üç şirkətin rəhbərinin ölkədən çıxışına

"Yuvah RD” MMC, "Alnef Corp” MMC və "Rinfer AZ Company” MMC-nin rəhbərinin ölkədən çıxışına stop qoyulub.

 

Hər üç şirkətin vergi borcu olduğuna görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət edib.

 

İşə Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə baxılıb.

 

Məlum olub ki, "Yuvah RD” MMC-nin Dövlət Sosial Müdafiə Fonduna 80,03 manat, İşsizlikdən Sığorta Fonduna 3,21 manat, dövlət büdcəsinə 45 276,65 manat məbləğində (o cümlədən, vergilər üzrə 42380,47 manat, faizlər üzrə 2896,18 manat), İcbari Tibbi Sığorta Fonduna 12,8 manat, "Alnef Corp” MMC-nin dövlət büdcəsinə 4182,94 manat məbləğində (o cümlədən, vergilər üzrə 4037,59 manat, faizlər üzrə 145,35 manat), Dövlət Sosial Müdafiə Fonduna 159 manat, İşsizlikdən Sığorta Fonduna 6,36 manat, İcbari Tibbi Sığorta Fonduna 25,42 manat, "Rinfer AZ Company” MMC-nin isə dövlət büdcəsinə 126,26 manat məbləğində (o cümlədən, faizlər üzrə 126,26 manat) borcu var.

 

Hakim Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsini təmin edib.

 

"Yuvah RD” MMC 17 oktyabr 2022-ci ildə qeydiyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Məmmədov Rövşən Əhmədağa oğludur.

 

"Alnef Corp” MMC isə "Yuvah RD” MMC-dən bir gün sonra yəni 18 oktyabr 2022-ci ildə qeydiyyata alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi isə Məmmədov Rövşən Əhmədağa oğludur.

 

"Rinfer AZ Company” MMC isə 5 oktyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi Məmmədov Rövşən Əhmədağa oğludur.

 

Hər üç şirkət eyni hüquqi ünvanda - Bakı şəhəri Binəqədi rayonu, 28 May qəsəbəsi, 20 yanvar küçəsi, ev 1, mənzil 25-də qeydiyyatdadır./Qaynarinfo 


OXŞAR XƏBƏRLƏR

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...

Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə bu gün ...