İsrail və Azərbaycan strateji tərəfdaşdır

İsrail və Azərbaycan strateji tərəfdaşdır

Qüds və Bakı iki xalq arasında münasibətlərlə ən yüksək səviyyədə strateji tərəfdaşlıq qurublar və bu münasibətlərin yalnız böyüməsi gözlənilir.
 

Sfera.az bildirir ki, bu sözləri Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib. Bu çıxış həmçinin, Azərbaycanın qonşu İranın dəfələrlə zorakılıq və təhdidlərinə baxmayaraq, İsraildə səfirlik açan ilk müsəlman ölkəsi olmaqla tarix yazdıqdan cəmi dörd ay sonraya təsadüf edir. Diplomatik əlamətdar hadisə iki xalq arasında uzun əsrlər boyu davam edən yaxınlıqdan qaynaqlanan, xalqlar arasındakı münasibətdən möhkəm təhlükəsizlik və enerji ilə bağlı diqqət mərkəzində olan otuz illik gizli və aşkar münasibətlərin məhsuludur.
 

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “JNS”ə müsahibəsində: “Bu gün biz ikitərəfli münasibətlərimizin zirvəsindəyik, bu dostluğu və əməkdaşlığı dərinləşdirmək və genişləndirmək üçün güclü iradəmiz var. Bu, heç bir maneə görmədiyimiz nadir hallardan biridir. Gördüyünüz aysberqin görünən hissəsidir" dedi. Bu, çoxtərəfli, canlı və daim genişlənən əlaqələrdir”-deyə bildirib.
 

İranın hücumlarından və İsraillə münasibətlərə dair zorakılıq hədələrindən sonra Bakının Tehranla əlaqələri dibə vurduğu bir vaxtda iki xalqın əlaqələri yaxşı mənada dinlərarası əlaqələrin nümunəsini təqdim edir.
 

Qarabağın yenidənqurulması prosesində, Azərbaycan İsraildən sərmayə dəstəyi gözləyir. Həmçinin, Azərbaycanda Yəhudi Mədəniyyət Mərkəzi tikiləcək
 

Yəhudi əlaqələrinin çiçəkləndiyi bir vaxtda Azərbaycanda keçiriləcək konfransa yüzlərlə ravvin qatılacaq.


“Bizim müəyyən qırmızı xətlərimiz var ki, onu heç vaxt keçməyəcəyik: biz istədiklərimizlə müttəfiq və dost olaraq qalacağıq”- deyə Əmirbəyov bildirib.


Xatırladaq ki, İsrail Sovet İttifaqının dağılmasından sonra 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub və 1993-cü ildən Bakıda səfirlik fəaliyyət göstərir.
 

İsrail üçün on milyonlarla azərbaycanlının yaşadığı İranla 428 mil sərhədi olan Azərbaycanla əlaqələr həm kəşfiyyat kanalı kimi, həm də İsrail neftinin təxmini 30%-ni təmin etdiyi üçün strateji əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan Ermənistanla 2020-ci il müharibəsində Bakını qələbəyə qaldırmağa kömək edən İsrail hərbi texnikasının aparıcı alıcısıdır.
 

Strateji mülahizələrdən əlavə, Elçin Əmirbəyov dostluq əlaqələrinə görə həm yerli yəhudi əhaliyə, həm də İsraildəki Azərbaycan icmasına təşəkkür edir.
 

“Yəhudilər həmişə əhalimizin bir hissəsi olub, cəmiyyətimizə inteqrasiya olunmuş icma olub.Onlar bizim bir hissəmizdir”- deyə Əmirbəyov bildirib.
 

Bu gün Azərbaycanda 25-30 min yəhudi yaşayır, on minlərlə Azərbaycan yəhudisi isə İsrailə köçüb və Qafqaz xalqı ilə möhkəm əlaqələr saxlayır.
 

“Yəhudi əhalisi ölkələrimizi birləşdirən və bu əlaqələri möhkəmləndirən “canlı körpülər”dir”- deyə Əmirbəyov əlavə edib.
 

Azərbaycan ölkədəki 50-yə yaxın etnik qrupdan biri olan yəhudi icması ilə yaxşı münasibətləri ilə fəxr edir.



“Heç vaxt antisemitizm halı olmayıb ki, bu, təkcə müsəlman ölkəsi üçün deyil, digər ölkələr üçün də nadir haldır”.

 

Türkiyə ilə sıx əlaqələri və tarixi qardaşlığı olan Azərbaycan İsrail və Ankara arasında əlaqələrin yaxşılaşdırılması üçün çalışacağına söz verib.



Bu yaxınlarda İsrail və Türkiyə liderləri arasında baş tutacaq sammitin baş nazir Benyamin Netanyahunun xəstəxanaya yerləşdirilməsi ilə təxirə salınması nəzərdə tutulub. Bazar ertəsi Ankarada keçirilən görüşdə Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarı ilə üç ölkə arasında üçtərəfli əməkdaşlıqdan danışıb.



Yeri gəlmişkən, İsrail-Azərbaycan münasibətləri həm Qüdsdə, həm də Bakıda uduş kimi qiymətləndirilir.



“İsrail milli təhlükəsizliyi üçün çox vacib olan ölkə ilə təkcə sözdə deyil, əməldə də dostdur”- deyə Əmirbəyov bildirib.

 

Tərcümə etdi: Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...

Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə bu gün ...