Bakıda kanalizasiya quyusundan meyit tapıldı

Cəmiyyət
19:51 / 07.08.2023
4980
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonunda kanalizasiya quyusuna düşən 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Sfera.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində meyit çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.