Logo

Qubada təhlükəli infeksiya yayılıb? - Restoranlar "hə" deyir, nazirlik xəbərsizdir

Qubada təhlükəli infeksiya yayılıb? - Restoranlar "hə" deyir, nazirlik xəbərsizdir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qubada təhlükəli infeksiya yayılıb.

Bu barədə Qaynarinfo-ya Qubaya istirahətə getmək istəyən vətəndaşlar məlumat verib.

Bildirilib ki, onlara səfərdən əvvəl restoranda yer bron etmək üçün istirahət mərkəzlərinə zəng edərkən bu barədə bildirilib.

Vətəndaşlar qeyd edib ki, ötən həftə istirahətə gedən yaxınları arasında da bu virusa yoluxanlar, hətta hazırda xəstəxanada yatanlar var. Virus qızdırma, qusma, ishal ilə müşahidə olunur.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edilib. Nazirlikdən bildirilib ki, onlara qeyd olunan infeksiya ilə bağlı müraciət daxil olmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR