Köhnə avtomobillərin taleyi necə olacaq?

Köhnə avtomobillərin taleyi necə olacaq?

"İnsanlar köhnə avtomobillərini təhvil verməlidirlər”.
 

Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı 20 ildən çox fəaliyyətdə olan nəqliyyat vasitələrindən danışarkən deyib.

 

Ekspertin sözlərinə görə, avtomobil parkının yenilənməsi üçün ortaya dövlət tərəfindən güclü iradə qoyulmalı və düzgün siyasət yeridilməlidir:

 

"Çox təəssüf ki, Azərbaycanda bu istiqamətdə atılan addımlar sadəcə olaraq avtomobil parkının daha da köhnəlməsinə hesablanıb. Məsələn, avtomobillərin ölkəyə gətirilməsi ilə bağlı rüsumlar demək olar ki, tez-tez artırılır. Rüsumlar artdıqca vətəndaşlar məcburən daha köhnə maşın alırlar. İstəyirlər ki, nəqliyyat vasitəsi onlara daha ucuz başa gəlsin. Yeni avtomobil gətirənlərə isə güzəştlər şamil edilmir. Hesab edirəm ki, ölkəyə yeni avtomobillərin gətirilməsinə güzəştlər tətbiq ediloməlidir”.

 

Ekspert hazırda hibrid avtomobillərə güzəştlərin olduğunu deyib:

 

"Onların da qiyməti ənənəvi avtomobildən daha bahadır. Avtomobil parkının yenilənməsi üçün imkanlar yaradılmalıdır. Bu gün hibrid və elektromobillərə tətbiq olunan müəyyən güzəştləri ənənəvi avtomobillər üçün də tətbiq etmək olar. Belə güzəştlər müəyyən bir dövrü əhatə edə bilər. Bu yolla avtomobil parkını yeniləmək daha məqbuldur. Avtomobil bazarında qiymət bahalaşdıqca, rüsumlar artdıqca, heç kim təzə maşın almır”.
 

Qeyd edək ki, Azərbaycanda 635 minə yaxın maşının 20 ildən çox yaşı olması barədə statistikia açıqlanıb. Hər 20 maşından yalnız 1-inin yaşı 5 ildən az olması haqqında məlumat açıqlanıb.


OXŞAR XƏBƏRLƏR

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...