Onlar putyovka biznesindən milyonlar qazanır – MARAQLI AÇIQLAMA

Onlar putyovka biznesindən milyonlar qazanır – MARAQLI AÇIQLAMA

Xalq artisti Pərvanə Qurbanovanın "40 ildir həmkarlara pul ödəyirəm, amma bir dəfə putyovka almamışam" məzmunlu açıqlaması bu sektor üçün xarakterik olan problemləri yenidən aktuallaşdırıb.

 

Yay aylarında həmkarlar təşkilatlarının hesabına istirahət etmək istəyənlərin sayının artması müzakirələri bir qədər də intensivləşdirib.

 

Hər ay yerli həmkarlar təşkilatının hesabına ödəniş edən vətəndaşlar niyə bu quruma xas olan güzəştAÇIQLAMAərdən istifadə edə bilmirlər?

 

Sfera.az xəbər verir ki, Yenisabah.az problemin mahiyyətini araşdırıb.

 

Məlumatlı şəxs sayta bildirib ki, həmkarlar təşkilatlarına ödənişlər könüllüdür. Amma işəgötürənlər bunu heç vaxt işçiyə bildirmirlər: "İşçi birinci ayın maaşını alanda onun məvacibinin 2 faizi tutularaq həmkarların hesabına ödənilir. İşçi elə bilir ki, bu, qanunun tələbidir. Qanunda isə belə bir tələb yoxdur. Vətəndaşı çaş-baş salan qanundakı boşluqdur. Belə ki, vətəndaş işə başlayan kimi onun rəyi nəzərə alınmadan maaşından həmkarlar təşkilatı üçün pul tutulur. İşçi ərizə yazıb bu ödənişdən imtina edə bilər. Amma belə bir hüququnun olduğunu heç kim işçiyə izah etmir. Nəticədə hər ay həmkarlar təşkilatının hesabına milyonlarla manat vəsait toplanılır".

 

Müsahibimiz deyib ki, həmkarlar təşkilatının hesabına yığılan vəsaitlə alınan putyovkaların sayı bütün işçilərin normal istirahətini təmin etməyə kifayət edir. Amma qanundakı boşluqların sayəsində həmin putyovkalar ikiqat qiymətinə başqa adamlara satılır: 

 

“Məsələn, siz işçisiniz və putyovka almaq hüququnuz var. Amma yerli həmkarlar təşkilatının sədri həmin putyovkanı iki-üç qat baha qiymətə başqa adama satır. Prosedur belədir: Putyovkanı öz işçisinin adına yazır. Amma başqasına satır. Həmin adam putyovka ilə yanaşı işçinin şəxsiyyət vəsiqəsinin sürətini təqdim edəndə onu getdiyi istirahət müəssisəsində qəbul edirlər. Bütün idarə və müəssisələrdə işçilərin şəxsiyyət vəsiqəsinin sürəti olduğu üçün heç kim bundan xəbər tutmur. Əmin olun ki, narazılıq edən xalq artistinin şəxsiyyət vəsiqəsinin sürəti ilə hər il ən müxtəlif peşə sahibləri istirahətini təmin edə bilir".

 

Mənbə bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının onlarla iri istirahət mərkəzi ilə müqaviləsi var. Burda hər iki tərəfin maraqları təmin olunduğu üçün putyovka ilə gələn adamlara hər hansı texniki problem yaradılmır.

 

Məlumatlı şəxs iddia edib ki, Etibar Pirverdiyev, Hadı Rəcəbli, Hüseynbala Mirələmov kimi sabiq məmur-deputatlar hər il putyovka biznesindən milyonlarla manat qazanc əldə edirlər.


OXŞAR XƏBƏRLƏR

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...