Nəcməddin Sadıkovun bacısı oğlu “Tərtər işi” üzrə DİNDİRİLDİ

Nəcməddin Sadıkovun bacısı oğlu “Tərtər işi” üzrə DİNDİRİLDİ

“Tərtər işi” üzrə ittiham olunan 4 nəfər- Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sumqayıt Məhkəmə Kompleksində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən budəfəki prosesdə Azərbaycan ordusunun sabiq Baş qərargah rəisi Nəcməddin Sadıkovun bacısı oğlu, general-mayor Ramil Əsgərov şahid qismində dindirilib.

 

R.Əsgərov Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi olub. O, 2020-ci ildə-Vətən müharibəsi başa çatdıqdan sonra vəzifəsindən azad edilib.

 

General ifadəsində deyib ki, 2017-ci il mayın 7-də rəhbərliyin müvafiq göstərişi ilə Tərtərə gedib, həmin vaxt orada bir sıra hərbçilərə işgəncə verildiyinin şahidi olub: “Mənə göstəriş verilmişdi ki, istintaqa kömək məqsədilə Tərtərə gedim. Bunun da əsas səbəbi rəhbərlik etdiyim idarədə təcrübəli təhqiqatçıların çalışması idi. Orada olduğum müddətdə hərbçilərə qarşı qanunsuz hərəkətlərin şahidi oldum. Məsələn, dindirməyə gətirilənlər əlləri, gözləri bağlı vəziyyətdə saxlanılırdı, pəncərədən atılma halları və sairə.”

 

Zərərçəkmiş şəxsləri və vəkilləri maraqlandıran əsas məsələ isə generalın hərbçilərə qarşı qanunsuzluqlara müdaxilə edib-etməməsi olub: “Mən orada bəlkə də 10-cu adam idim. Ona görə də kiməsə nə isə deməyimin mənası yox idi...”

 

Daha sonra vəkillər R.Əsgərova “Bəs sizdən Nəcməddin Sadıkovun bacısı oğlu olduğunuza görə çəkinmirdilər?” sualını ünvanlayıb. O isə “çəkinirdilər” deyə cavab verib. 

 

Qeyd edək ki, 2017-ci ildə bir qrup azərbaycanlı hərbçi Ermənistan xüsusi xidmət orqanlarına casusluq etməsi şübhəsi ilə Azərbaycan hüquq-mühafizə orqanları və ordunun vəzifəli şəxslərinin göstərişləri ilə Tərtər və ətraf ərazilərdə işgəncələrə məruz qalıb. Həmin şəxslərin ailələri və cəmiyyətin ictimai basqısından sonra “Tərtər işi”nin istintaqı 2021-ci ildə təzələnib. Məlum olub ki, vətənə xəyanətdə ittiham olunan şəxslərin çoxu məsumdur və onların əksəriyyəti bəraət alıb. Bir neçəsinə ölümündən sonra bəraət verilib.


OXŞAR XƏBƏRLƏR

PA rəhbəri Humeyd Obeyd Abuşibslə görüşdü - FOTO

İyulun 17-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hesablama Qurumunun sədri Humeyd O...

İsmayıllıda FACİƏ: 25 gün əvvəl doğulan körpə ölü tapıldı

İsmayıllıda körpə müəmmalı şəkildə ölüb.   Sfera.az bildirir ki, hadisə Qaraqaya kəndində qeydə alınıb.   25 gün əvvəl Bakı şəhərindəki xə...

Üç prokurorluq əməkdaşı vəzifədən azad olunub

Bakı şəhər prokurorluq orqanlarının 3 əməkdaşı intizam tənbeh tədbiri qismində tutduqları vəzifədən azad olunub.   Sfera.az xəbər verir ki, bu haqda ...

"Yalı çapkını"ndan sonra bu serialda rol alacaq -FOTO

Türkiyəli aktrisa Beril Pozamın yeni işi bəlli olub.   Sfera.az xəbər verir ki, aktrisa "Kıskanmak" serialında rol alacaq. O, ekran iş...

1 yaşlı qızını amansızlıqla öldürən ataya AĞIR CƏZA VERİLDİ

Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az xəbər verir...

DTX-nin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mə...