Məşhur aparıcı yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO

Məşhur aparıcı yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO

Qida Təhlükəsizliyi Agentliyinin keçmiş mətbuat katibi, məşhur aparıcı Aysel Fərziyeva yüksək vəzifəyə təyinat alıb. 

 

Sfera.az xəbər verir ki, o, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “ARAZ” supermarketlər şəbəkəsinin Marketinq Kommunikasiyaları şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

 

Media və ictimaiyyətlə əlaqələr sahəsi üzrə 10 ildən çox təcrübəsi olan A.Fərziyeva əmək fəaliyyəti ərzində Lider TV, ATV, REAL TV və ARB 24 telekanallarında müxtəlif verilişlərin layihə rəhbəri və aparıcısı kimi fəaliyyət göstərib.

 


A.Fərziyeva 2018-ci ildən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri, Qida Təhlükəsizliyi İnstitutu PHŞ-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri, AQTA sədrinin media məsələləri üzrə köməkçisi vəzifələrində çalışıb və “Süfrə” elmi-kütləvi jurnalının baş redaktoru olub.

 


Daha sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində fəaliyyət göstərən A. Fərziyeva bir çox yerli və beynəlxalq şirkətlər tərəfindən təşkil edilmiş ixtisasartırma kursları və təlimlərdə uğurla iştirak edib.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda xərçəng xəstələrinin sayı ARTDI - RƏSMİ

Ötən il Azərbaycanda 73 875 nəfər xərçəng xəstəsi kimi qeydiyyatda olub.   Sfera.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Dö...

Cinayətdə şübhəli bilinən 52 nəfər saxlanıldı

İyulun 8-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 55 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   DİN-in...

Milli Məclisin növbədənkənar son iclasının gündəliyi açıqlandı

Milli Məclisin növbədənkənar sessiya çərçivəsində son iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, 14 iyulda keçiriləcək iclasın gündəli...

Dərmanların bahalaşma səbəbi nədir? - DEPUTATDAN AÇIQLAMA

"2025-ci ilin ilk 5 ayında pərakəndə ticarət dövriyyəsi 3.8 faiz artaraq 23 milyard 341 milyon manat olub. Bu məhz həmin məbləğdə mal və xidmətlərin istehl...

İtkin düşən kişinin meyiti TAPILDI

Yevlaxda itkin düşən kişinin meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, ruhi-əsəb xəstəsi olan Yevlax şəhər sakini Abdullayev Səxavət Novruz ...

Lənkəranda ağır yol qəzası: Sürücü hadisə yerində öldü

Ötən gecə saat 01:00 radələrində Lənkəran-Lerik avtomobil yolunun Lənkəran rayonu, Darquba kəndindən keçən hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadi...