Logo

Külək güclənəcək, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Külək güclənəcək, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda və Abşeron yarımadasında avqustun 03-ü səhərdən 05-i gündüzədək şimal-qərb küləyinin arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra avqustun 03-ü gündüz şimal və qərb rayonlarından başlayaraq 05-i gündüzədək hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR