Logo

Şirvanda soyğunçuluq edən şəxs saxlanıldı

Şirvanda soyğunçuluq edən şəxs saxlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şirvanda vətəndaşa qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sfera.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində bir qadının çantasından 327 manat pul və bank kartını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun şəhər sakini, bir ay əvvəl törətdiyi oğurluq faktına görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Şahid Əliyev olduğu müəyyən edilib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR