Logo

Bakıdakı məktəbdə çoxlu silah tapıldı - 6 qumbara, 7 avtomat darağı

Bakıdakı məktəbdə çoxlu silah tapıldı - 6 qumbara, 7 avtomat darağı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Binəqədi rayonunda yerləşən orta məktəbədn çoxlu silah-sursat tapılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, silahlar təmir işləri zamanı aşkarlanıb və bu barədə 102 xidmətinə məlumat verilib.

Biləcəri qəsəbəsi, Natəvan küçəsində yerləşən 300 saylı orta məktəbdə aparılan təmir işləri zamanı 101 ədəd patron, 2 ədəd F-1, 1 ədəd RQD-5, 3 ədəd RQ-42 əl qumbaraları, 7 ədəd avtomat darağı, 1 ədəd DP-1 V rentgen ölçən aparat, 2 dəst DP-21 B fərdi dozimetr aparatı, 1 dəst DP-11 B səhra rentgen ölçən aparatı, 2 ədəd TAL-43 səhra telefon aparatı, 1 ədəd DP-5 A dozimetri, 1 ədəd elektron lazer tir tüfəngi və 2 ədad MOSİN tüfənginin maketi aşkar edilərək götürülüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR