BNA-nın vəzifəli şəxsləri həbs olundu - RƏSMİ

BNA-nın vəzifəli şəxsləri həbs olundu - RƏSMİ

“Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

 

Bu barədə Sfera.az-a Baş Prokururluqdan bildirilib.

 

İstintaqla Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

 

İlkin sübutlar əsasında Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hüquqazidd əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Liderlər və övladları şəkil çəkdirdilər - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub. Həm...

İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edildi

Əkrəm İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb....

Rusiyada neft-qaz hasilatı azalıb: "Ödənişlərlə bağlı çətinliklər yaşayırıq"

Bu il Rusiyada neft və qaz hasilatında azalma müşahidə edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika nazir...

Azərbaycanlılar vizasız bu ölkələrə səyahət edə bilərlər - SİYAHI

Yay fəslinin gəlişi ilə birlikdə səyahət planları da aktuallaşır. İsti günlərdə dincəlmək, yeni ölkələr kəşf etmək istəyənlər ilk olaraq vizasız və ya sadələşdi...

Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!

Azərbaycanda iyulun 17-də çimərliklərdə şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya X...

Bakıda ər arvadını GÜLLƏLƏDİ

Bakıda qadın güllələnib.   Sfera.az xəbər verir ki, iyulun 16-da günorta saatlarında Yasamal rayonunda 38 yaşlı Vasif Kərimov evdə münaqişə zəmi...