Bu heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görüldü

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Qurumdan Sfera.az-a verilən məlumata görə, 25 iyul tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhərində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 9 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
||
Bakı şəhəri üzrə |
|||||
|
Məmmədov İlqar Mahmudəli oğlu |
Xəzər rayon, Binə qəsəbəsi, Ə. İsazadə küçəsi |
İnzibati protokol tərtib edilib. Təkrar bərpa olunan qurğuları sökülüb |
||
|
Nəsirov Hüseyn Afşur oğlu |
Xəzər rayon, Binə qəsəbəsi, Ə. İsazadə küçəsi |
İnzibati protokol tərtib edilib |
||
|
Məlikov Simran Əminağa oğlu |
Xəzər rayon, Binə qəsəbəsi, Ə. İsazadə küçəsi |
İnzibati protokol tərtib edilib |
||
|
Musayev Hacı Əvəz oğlu |
Xəzər rayon, Binə qəsəbəsi, Ə. İsazadə küçəsi |
İnzibati protokol tərtib edilib. Təkrar bərpa olunan qurğuları sökülüb |
||
|
Ədilov Vahid Yaqub oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M. Gəncəvi küçəsi 19 |
İnzibati protokol tərtib edilib |
||
|
Əliyev Məhəmməd Qurban oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
||
|
Ələsgərov Hafiz Ramiz oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 2/20 |
İnzibati protokol tərtib edilib |
||
|
Hacıyev Hakim Ağababa oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi 27 |
İnzibati protokol tərtib edilib |
||
|
Həsənov Bəşir Qardaşxan oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi ilə M.Fətəliyev küçəsinin kəsişməsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.