Logo

Zakir Həsənov və Əli Nağıyev Yaşar Gülerlə görüşdülər - FOTO

Zakir Həsənov və Əli Nağıyev Yaşar Gülerlə görüşdülər - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İstanbul şəhərində keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerin iştirakı ilə görüş keçirilib.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və gələcəkdə bu istiqamətdə görülən işlərin daha da inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

Zakir Həsənov və Əli Nağıyev Yaşar Gülerlə görüşdülər - FOTOZakir Həsənov və Əli Nağıyev Yaşar Gülerlə görüşdülər - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR