DTX-nin “Bilgəh” istirahət mərkəzində yay məktəbinin açılışı oldu

DTX-nin “Bilgəh” istirahət mərkəzində yay məktəbinin açılışı oldu

Dövlət Təhlükəsizliyi Xidmətinin “Bilgəh” İstirahət mərkəzində 12-16 yaş arası məktəblilər və yeniyetmələr üçün təşkil ediləcək “Cyber Summer School - 2023” beynəlxalq yay məktəbinin açılış tədbiri keçirilib.

 

Sfera.az xəbər verir ki, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, “Caspel”, “Cyberpoint”, “Techpro DC” və “Huawei Technologies” şirkətlərinin sponsorluğu, “Gesco”, “A2Z Technologies”, “CISCO” və “Azerobot” şirkətlərinin tərəfdaşlığı ilə iyulun 30-dək Bakı Ali Neft Məktəbində baş tutacaq yay məktəbinə cəlb edilmiş yeniyetmələrin və onların valideynlərinin iştirak etdikləri açılış tədbirində aidiyyəti dövlət qurumlarının, xarici ölkələrin ölkəmizdə fəaliyyət göstərən səfirliklərinin, eləcə də ali təhsil müəssisələrinin rəhbər vəzifəli şəxslərinin çıxışları dinlənilib.

 

Bununla yanaşı, açılış tədbirinin iştirakçıları təşkil edilmiş texnoloji sərgidə “Caspel”, “Cyberpoint” “Techpro DC”, “Huawei”, “A2Z Technologies”, “Cisco” və “Azerobot” şirkətlərinin texnoloji həlləri və xidmətləri ilə tanış olublar.

 

Ənənəvi olaraq hər il təşkil edilən yay məktəbi ərzində yerli və xarici mütəxəssislər tərəfindən iştirakçılar üçün kibertəhlükəsizlik sahəsində təlimlərin, texnoloji turların, habelə iştirakçılar arasında kibertəhlükəsizlik sahəsində bilik yarışının (“CTF”) keçirilməsi planlaşdırılıb.

 

Qeyd etmək lazımdır ki, “Cyber Summer School - 2023” yay məktəbinin əhatə dairəsi və beynəlxalq əhəmiyyəti bu il daha da genişləndirilib. Belə ki, iyulun 30-dək davam edəcək yay məktəbinə Azərbaycan, İsrail və Türkiyə ilə yanaşı, Türk Dövlətləri Təşkilatına üzv olan Qazaxıstan, Özbəkistan, Qırğızıstandan da yeniyetmələr daxil olmaqla, ümumilikdə 125 iştirakçı cəlb edilib.

 

Ödənişsiz əsaslarla ingilis dilində təşkil ediləcək beynəlxalq yay məktəbinə 12-16 yaş aralığında olan, zəruri ingilis dili, habelə informasiya texnologiyaları üzrə biliklərə malik və müsabiqədən keçmiş şəxslər cəlb edilib. Bakı Ali Neft Məktəbində təşkil ediləcək təlim və praktiki seminarlar isə Azərbaycan, İsrail və Türkiyənin sahə üzrə ekspertləri tərəfindən həyata keçiriləcək. Ümumilikdə düşərgənin davam edəcəyi müddət ərzində 20 təlimçi tərəfindən kibertəhlükəsizliyin müxtəlif aspektləri üzrə 20-dən çox təlim və praktiki seminarların, sonda isə düşərgə iştirakçıları arasında bilik (“CTF”) yarışının həyata keçirilməsi nəzərdə tutulub.

 

2021-ci ildən etibarən ənənəvi olaraq hər il həyata keçirilən layihənin əsas məqsədi tərəfdaş ölkələrdən olan düşərgə iştirakçıları arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinə, kibertəhlükəsizlik üzrə bilik, bacarıq və xüsusi həvəsə malik yeniyetmələrin müəyyənləşdirilərək ölkə daxilində və xaricində bir araya gətirilməsinə, habelə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssis kimi yetişdirilməsinə dəstək verməkdir.


OXŞAR XƏBƏRLƏR

"Kapital Bank"dan neftçilərə qızıl kimi TƏKLİF

20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank neftçilərə bu il də xüsusi fürsət təqdim edir. Belə ki, neftçilər 10.9%-dən başlayan ...

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...

Universitetlərin keyfiyyət göstəricisi necə müəyyənləşdirilir? - Təhsil eksperti aydınlıq gətirdi

Bildiyimiz kimi, ölkəmizdəki ali təhsil müəssisələrinin hər birində keçid balları müxtəlifdir. Xüsusən də, prestijli universitetlərə qəbul balları digərlərinə n...