Güzəştli mənzil hüququ olanların NƏZƏRİNƏ: “MİDA sürprizlər edə bilər”

Güzəştli mənzil hüququ olanların NƏZƏRİNƏ: “MİDA sürprizlər edə bilər”

“28 iyulda  MİDA “Güzəştli mənzil” sisteminin DEMO versiyasını dayandıracaq”.

 

Sfera.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. O, xatırladıb ki, sınaq versiya ilə mənzil seçimini test edənlərin cəmi üç gün vaxtı qalıb:

 

“Cari ayın əvvəli MİDA DEMO versiyanı işə salanda kiçik bir açıqlama vermişdi: ““Güzəştli mənzil” sistemində 29 iyul – 11 avqust 2023-cü il tarixlərində keçiriləcək mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edilib”. Bu o deməkdir ki, 29 iyulda  baş tutacaq onlayn satışda güman ki, MİDA yenidən sürprizlər edəcək. Yəni MİDA təhlükəsizlik məqsədilə DEMO-dan fərqli olaraq real satış modulunun interfeysini dəyişə, ikiqat “CAPTCHA” fərqli ola, menyular dəyişilə bilər və.s”.

 

O.Gündüz qeyd edib ki, real satış modulu “DEMO”dan kəskin fərqli olacaq:

 

“Düşünmək olar ki, hazırlıqlı, daha çox test edən şəxslərin, İT bacarıqları yüksək olanların şansı daha yüksək olacaq. Tövsiyə edərdim ki , DEMO ilə mənzil seçimini test edənlər bu məqamları da nəzərə alsınlar”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...