Göyçayda Məhərrəm ayının başlanması ilə əlaqədar iclas keçirilib - FOTOLAR

Göyçayda Məhərrəm ayının başlanması ilə əlaqədar iclas keçirilib - FOTOLAR

24 iyul 2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin inzibati binasında Məhərrəm ayının başlanması ilə əlaqədar iclas keçirilib.


İclasda rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev, rayon polis şöbəsinin rəisi polkovnik Müqalib Abdıyev, DQİDK-nın Göyçay bölgəsi üzrə müdiri İlham Qəribov, Qafqaz Müsəlmanları İdarəsinin Göyçay rayonu üzrə üzrə səlahiyyətli nümayəndələri Rəsul Kazımov, Cavid Səfərov rayonda fəaliyyət göstərən məscidlərin imamları, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri və bələdiyyə sədrləri iştirak ediblər. 


Rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri bu gün dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində ölkəmizin inkişafına böyük töhfə verib. 


Rayon rəhbəri ölkəmizin hər yerində olduğu kimi Göyçayda da Məhərrəm ayı ilə əlaqədar dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradıldığını vurğulayıb.


Rayon Polis Şöbəsinin rəisi polkovnik Müqalib Abdıyev çıxış edərək məhərrəm ayında keçirilən mərasimlərin “Dini etiqad azadlığı haqqında” qanununa uyğun məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə sivil qaydada, ictimai asayişə mane olmamaqla təşkil edilməsini bildirib. 


Çıxışlarda Məhərrəmlik təziyəsinin islami dəyərlərə uyğun keçirilməsi ilə bağlı fikirlər səsləndirilib. Bildirilib ki, dini mərasim və ayinlər Qafqaz Müsəlmanları İdarəsinin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən mövcud qanunvericiliyə uyğun şəkildə icra edilməlidir. 


Mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.



OXŞAR XƏBƏRLƏR

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...

ƏHALİNİN NƏZƏRİNƏ: 12 küçədə qaz olmayacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (...