Həftəsonu hava yenidən DƏYİŞƏCƏK

Həftəsonu hava yenidən DƏYİŞƏCƏK

“Şimaldan hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti küləkli, qeyri-sabit və yağıntılı keçib. Bəzi yerlərdə yağıntılar leysan xarakterli, intensiv olub. Düşən yağıntının miqdarı 13-36 mm-dək qeydə alınıb”.

 

Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. 

 

O qeyd edib ki, bəzi bölgələrdə şimal-qərb küləyi 18-22 metr/saniyə, Bakı və Abşeron yarımadasında 28-30 metr/saniyəyədək yüksəlib. 

 

“Müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 26-sı gündüzədək davam edəcək. İyulun 27-29-da hava şəraitinin sabit, gün ərzində əksər rayonlarda yağmursuz keçəcəyi gözlənilir. İyulun 28-i gündüz saatlarında mülayim cənub küləyi əsəcək. Bu həftəsonu yenidən şimal-qərb küləyinin güclənəcəyi proqnozlaşdırılır”, - G.Məmmədova bildirib. 


OXŞAR XƏBƏRLƏR

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...