Taksi qiymətlərinin bahalaşması nə vəd edir? - Ekspert

Taksi qiymətlərinin bahalaşması nə vəd edir? - Ekspert

Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan özəl şirkətlərin xidmət haqqını artırması birmənalı qarşılanmayıb. Əvvəllər taksilərdə minimum ödəniş tarifi 1 manatdan başlayırdısa, indi bu, 2.5 manat dəyərində müəyyənləşib. Qərar isə əksəriyyətin narazılığına səbəb olub.

 

Maraqlıdır, sözügedən qərarın nəticələri necə olacaq? Taksilərə təlabat azalacaqmı?

 

Mövzy ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər deyib ki, bir neçə şirkətin sövdələşərək eyni vaxtda qiymətləri kəskin yüksəltməsi müəyyən iqtisadi risklər yaradır:

 

“Taksi qiymətlərinin yüksəlməsi ilə digər sferalarda da qiymət artımı müşahidə oluna bilər. Bundan əlavə, qiymətlərinin artırılması vətəndaşların ictimai nəqliyyata əlçatanlığını azalda bilər. Taksi bu gün ictimai nəqliyyatın bir qoludur, artıq bütün dünyada taksilər premium daşınma xidməti deyil. Bu gün Azərbaycanda ictimai nəqliyyatın avtobus seqmentinin bərbad olmasına görə insanlar daha çox taksiyə üz tuturlar. Əgər taksilərin qiymətləri belə kəskin yüksəlirsə və vətəndaşlar bir nöqtədən digər nöqtəyə səfər etməkdə çətinlik çəkəcəklərsə, yollarda qalacaqlarsa, vaxtlı-vaxtında işə gedə bilməyəcəklərsə, bu, əlbəttə, Bakının həm paytaxt, həm də iri sənaye şəhəri kimi iqtisadiyyatına böyük zərər vurur. Bakı da Azərbaycan iqtisadiyyatının bir hissəsini təşkil edir, buna görə də ümumilikdə iqtisadiyyatımıza böyük zərər dəyə bilər”.

 

Müsahibimiz qeyd edib ki, payıza qədər müvafiq dövlət qurumlarının qiymətlərin tənzimlənməsi ilə məşğul olması arzuolunandır:

 

“Digər tərəfdən, taksi şirkətləri yenə də Azərbaycan qanunlarına zidd, saymazyana hərəkət edirlər. Son aylar ərzində dövlətin əsas məqsədi taksidə keyfiyyətin yüksəldilməsi və daha təhlükəsiz daşınmaların həyata keçirilməsi idi. Amma bunun əksinə olaraq, taksi şirkətləri qiymətləri kəskin artırıblar. Belə olan halda əlbəttə, taksilərə olan tələb də azalacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...