Yay aylarında niyə tənbəlləşir və “işdən qopuruq”? – Ekspert səbəbləri və çıxış yollarını göstərdi

Yay aylarında niyə tənbəlləşir və “işdən qopuruq”? – Ekspert səbəbləri və çıxış yollarını göstərdi

Yay fəslində çalışan insanların əsas problemlərindən biri də məzuniyyət dönəmindən sonra işə adaptasiya olmaqdır. Belə ki, istirahət dönəmində dincəlməyə, gec saatlarda yuxudan oyanmağa vərdiş etdiyimiz üçün məzuniyyətdən sonra erkən oyanmaq, ofisdə zaman keçirmək müəyyən qədər çətinlik yaradır. Bu isə öz növbəsində işin məhsuldarlığına mənfi təsir göstərir.

 

Maraqlıdır, bu problemdən qurtulmağın yolu nədir? Yay fəslində işə necə adaptasiya ola bilərik?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, “ALTER” Psixologiya və Təlim mərkəzinin təsisçisi və direktoru Əli Xəlilov yay fəslində iş motivasiyasının hava temperaturu və s. kimi amilərdən dolayı aşağı düşdüyünü deyib. Mütəxəssis problemdən çıxış yollarından da danışıb:

 

“Yay fəsli hələ bağça, məktəb dövründən bizim üçün istirahət anlayışı kəsb edir. Bu, universitet dönəmində, yayda imtahanlardan sonrakı dövr üçün də xarakterikdir. Daha sonra iş həyatına başlayanda insan yayda da işləyir və beləliklə koqnitiv dissonans yaranır, yəni öyrəşmədiyimiz durumla rastlaşırıq. Bundan başqa, kollektivdən kimsə məzuniyyətə çıxanda bu da psixoloji olaraq bizə təsir edir. Yayda nisbətən gec yatmağa meyilli oluruq, ona görə də işdə olarkən yuxusuzuluq insana narahatlıq verir. Günün produktiv, yəni məhsuldar saatları olduğu kimi, fəsillərlə bağlı da eyni yanaşma var. Məsələn, yay fəslində qeyri-produktivlik daha çox olur. Yayda iş motivasiyamızı aşağı salan əsas amillərdən biri temperaturdur. Temperatur nə qədər yüksək olsa, bizim işdə məhsuldarlığımız aşağı düşür, yuxu faktoru önə çıxır ki, bu da bizə mane olur”. 

 

Psixoloq yay fəslində istirahət etmək üçün məzuniyyət dönəmini gözləməyin düzgün olmadığını da vurğulayıb. O, çalışdığımız müddətdə də dincələ biləcəyimizi qeyd edib:

 

“Tələbələr yay tətilində təcrübə proqramlarına qoşulsalar, ixtisasları ilə əlaqədar praktika keçəsələr, daha yaxşı olar. İşləyən insanlar üçün isə birinci növbədə “keyfiyyətli yuxu” anlayışının qorunması vacibdir.  Çünki yuxusuzluq narahatlıq və işə qarşı üsyan yaradır. Yay aylarında çalışan insanlar 50 dəqiqədən bir 10 dəqiqəlik fasilə etməlidir. Çünki fasiləsiz işdə məhsuldarlıq aşağı düşə bilir. Bundan başqa, işlədiyimiz yer rahat olmalıdır, əks halda demotivasiya halı ilə qarşılaşırıq. Produktiv iş saatlarında insan daha çox işləməlidir, nəinki digər zamanlarda.

 

İstirahət üçün məzuniyyəti gözləmək də düzgün deyil, işlədiyimiz müddətdə də müəyyən qədər istirahətə zaman ayırmaq lazımdır. Bundan başqa yay fəslində aktiv həyat tərzi mütləqdir. Yəni "işdən evə" anlayışı insanda işləməyə həvəsi öldürür. Ona görə də bu aylarda idmanla məşğul olmaq məsləhətlidir.

 

Yay ayları macəralara, yeniliklərə açıq ay hesab olunur. Bu səbəblə insanlar istəklərinə uyğun olaraq yeni məşğuliyyətlərə maraq göstərə, fərdi inkişaflarını artıra bilərlər. Bunun üçün müəyyən planlar qurulmalı, hərəkətlilik artırılmalıır. Bütün bunların fonunda isə demək lazımdır ki, insan gördüyü işdən zövq almağı bacarmalıdır”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini TƏBRİK ETDİ

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə təbrik məktubu ünvanlayı...

Mahnıya görə bir-birini şantaj edən müğənniləri hansı cəza gözləyir? - AÇIQLAMA

Bəzi sənət nümayəndələri sosial mediada aşkar formada bir-birilərini təhqir, şantaj edirlər. Hətta bu cür məsələlərə məmurlar, “hacılar” da daxil ed...

Hakan Fidan: "Yaxın Şərqdəki müharibənin genişlənməsini istəyənlər var"

Yaxın Şərqdəki müharibənin genişlənməsini istəyənlər var. Bunun üçün səy göstərilir.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri H...

Prezident bu şəxsləri TƏLTİF ETDİ - SİYAHI

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında" Sərəncam imzalayıb.   Sfera.az-ın xə...

Prezident Azərbaycanın neft sənayesi işçilərinə müraciət etdi

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə müraciət edib.  ...

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

20 sentyabr - Neftçilər Günü peşə bayramı münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Ulu Öndər Heydər...